Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ-ın yəhudi və xristian din xadimləri Azərbaycanın tolerantlığını alqışlayıblar VİDEO

Vaşinqton, 19 aprel, AZƏRTAC 

ABŞ-ın Etnik Anlaşma Fondunun yaradıcısı və rəhbəri ravvin Mark Şnayerin, “Eagles’ Wings” yevangelist təşkilatının icraçı direktoru, xristian yevangelistlərin nüfuzlu liderlərindən olan yepiskop Robert Störnsin və “Northwood” kilsəsinin baş protestant keşişi Bob Robertsin təşkilatçılığı ilə Birləşmiş Ştatların Konqresində Azərbaycan-İsrail münasibətlərinə, habelə Azərbaycanda yəhudi, xristian və müsəlman əhali arasında qarşılıqlı anlaşmaya və ölkəmizdəki tolerantlığa həsr olunan tədbir keçirilib.

Azərbaycan Respublikasının yaradılmasının 100 illiyi və İsrail Dövlətinin 70 illiyi ərəfəsində təşkil olunmuş tədbirə ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri Stiv Kohen, Konqresin üzvü Henri Kuellar, konqresmenlərin ofislərinin əməkdaşları, nüfuzlu xristian-yevangelist din xadimləri, habelə yəhudi və xristian icmalarının nümayəndələri iştirak ediblər. Tədbirə, həmçinin ABŞ-ın və İsrailin media nümayəndələri qatılıblar.

Tədbiri açan ravvin Mark Şnayer ölkəmizin mədəniyyətlərarası dialoqa töhfələrini, eləcə də Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyəsini qeyd edib. O, Azərbaycandakı tolerantlıq ənənələrindən və yəhudi icması üçün yaradılmış gözəl şəraitdən bəhs edib, Azərbaycana səfərlərinin təəssüratlarından danışıb. Ravvin, həmçinin Prezident İlham Əliyevlə bir neçə dəfə görüşü barədə xoş təəssüratlarını paylaşıb və Azərbaycandakı əmin-amanlıq mühitinin yaradılmasında ölkə rəhbərliyinin müstəsna rolu olduğunu qeyd edib. Azərbaycanın digər 57 İslam ölkəsi arasında nadir rolunu və İsraillə münasibətlərinin uğurlu inkişafını təqdir edən ravvin ölkəmizin bu sahədə xüsusi seçildiyini və həqiqi dostluq münasibətlərində olduğunu, yerli yəhudi icmasına göstərdiyi münasibətin önündə, habelə dinlərarası və mədəniyyətlərarası əməkdaşlığın qlobal liderləri arasında olduğunu diqqətə çatdırıb.

Ravvin 2017-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının 72-ci sessiyası zamanı Nyu-Yorka səfər etmiş Prezident İlham Əliyevlə, bundan əvvəl isə 2017-ci ilin may ayında Azərbaycanın BMT-yə üzvlüyünün 25 illiyi münasibətilə keçirilən tədbirlərə qatılmaq məqsədilə Nyu-Yorka səfər etmiş xarici işlər naziri Elmar Məmmədyarovla bir qrup nüfuzlu xristian və yəhudi din xadimləri arasında keçirilmiş görüşlərdə şəxsən iştirakını xatırladıb. O qeyd edib ki, sözügedən görüşlər Azərbaycan Prezidentinin müsəlman, xristian və yəhudi icmaları ilə münasibətlərə verdiyi əhəmiyyətin və ölkəmizin bu sahədə aparıcı rola malik olmasının bariz nümunəsidir.

Sonra çıxış edən Konqresin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri konqresmen Stiv Kohen Azərbaycanla İsrail arasında münasibətlərdən məmnunluğunu ifadə edib, bu münasibətlərin ölkəmizin əhəmiyyətinin göstəricisi olduğunu vurğulayıb. Ölkəmizin tolerantlıq və mədəniyyətlərarası dialoq sahəsində oynadığı rol Kohen tərəfindən təqdir edilib.

ABŞ-da və dünyada böyük bir şəbəkəyə və nüfuza malik “Eagles’ Wings” yevangelist təşkilatının icraçı direktoru, yepiskop Robert Störns də ölkəmizin dinlərarası əməkdaşlığa töhfələri barədə danışıb, Azərbaycanın İsraillə strateji münasibətlərini alqışlayıb. Yepiskop Störns Azərbaycan Prezidenti və xarici işlər naziri ilə Nyu-Yorkda keçirilmiş görüşlərə qatıldığını və bu görüşlərdən sonra Azərbaycanın dinlərarası dialoqa töhfəsini aşkarladığını diqqətə çatdırıb. Bu xüsusda, “İslam Həmrəyliyi İli” münasibətilə keçirilmiş tədbirlərə qatılarkən Azərbaycanın nadir rolunun bir daha şahidi olduğunu bildirib. Belə ki, Azərbaycanın əhalisinin 95 faizinin müsəlman olmasına baxmayaraq, Azərbaycan rəhbərliyi “İslam Həmrəyliyi İli” tədbirlərinə müsəlmanlarla yanaşı, yəhudi və xristian xadimlərini də dəvət edib. Bununla yanaşı, Azərbaycanın Milad bayramını və Yeni ili xüsusi təmtəraqla qeyd etməsi bu ölkənin tolerantlığa nümunə olmasını və dövlət başçısının bu prinsiplərə sadiqliyini bir daha nümayiş etdirir.

Robert Störns Bakıda olduğu müddətdə çoxsaylı davamçılarına videomesajla səslənib və Azərbaycanın əhəmiyyətindən danışıb. O, Konqresdə keçirilmiş tədbirdən sonra da videomesaj vasitəsilə həmin tədbirin əhəmiyyətindən bəhs edib və davamçılarını Azərbaycanın xeyrinə dua etməyə çağırıb.

Protestant keşişi (pastor) Bob Roberts çıxışı zamanı ABŞ-da uzun müddət müsəlmanlarla xristianlar arasında dialoqun və əməkdaşlığın inkişafı istiqamətində gördüyü işlərdən bəhs edib. Bu xüsusda, Azərbaycanın vacib və əvəzedilməz roluna işarə edən pastor Roberts öz həmkarlarının Azərbaycanla əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib.

Səfir Elin Süleymanov çıxışı zamanı Konqresdə keçirilən sözügedən tədbirin Azərbaycan Respublikasının yenidən seçilmiş Prezidenti İlham Əliyevin inauqurasiya mərasimi ilə bir vaxta təsadüf etdiyini, ölkəmizin liderinin Azərbaycan-İsrail münasibətlərinin uğurla inkişaf etməsində əsas rola malik olduğunu diqqətə çatdırıb. Bu xüsusda, səfir Süleymanov ravvin Şnayer və yepiskop Störnsin Prezident İlham Əliyevin seçkilərdə inamlı qələbəsi münasibətilə ünvanladıqları təbrik məktubuna və Azərbaycanın dünyada əhəmiyyətli rolunu vurğuladıqlarına görə minnətdarlığını bildirib. Səfir Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyi, ölkəmizin daha da inkişafı və icmalararası həmrəyliyə töhfəsi istiqamətində işlərin bundan sonra da uğurla davam edəcəyini vurğulayıb. Səfir qeyd edib ki, Azərbaycan xalqının tolerantlıq ənənələri ilə yanaşı, ölkəmizdə açıq tolerantlıq və millətlərarası əmin-amanlıq mühitinin formalaşmasında ölkə rəhbərinin dünyaya baxışı mühüm rol oynayır. O diqqətə çatdırıb ki, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçərkən həm də tolerantlıq və dialoq ənənələrinin davam etməsinə səs verib.

Azərbaycanla İsrail, habelə Azərbaycanın yəhudi və müsəlman əhalisi arasında tarixi köklərə əsaslanan münasibətlər barədə danışan səfir Azərbaycanla İsrail arasında möhkəmlənən tərəfdaşlığın İsrailin 70 illiyinə və Azərbaycan Respublikasının 100 illiyinə təsadüf etdiyini diqqətə çatdırıb. O, Azərbaycanın hələ 100 il əvvəl, ABŞ-dan daha öncə dinindən, etnik mənsubiyyətindən və cinsindən asılı olmayaraq insanlara seçki hüququnu verdiyini və azadlıqlarını təmin etdiyini vurğulayıb. Səfir Azərbaycanın bu ənənəsinin digər ölkələr üçün nümunə olduğunu bildirib.

Azərbaycanın İsraillə əlaqələrinin Azərbaycanın öz yəhudi icması ilə xoş münasibətlər üzərində qurulduğu və ölkəmizin bununla qürur duyduğunu qeyd edən səfir iki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

ABŞ-ın yəhudi və xristian din xadimləri Azərbaycanın tolerantlığını alqışlayıblar VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib