ABŞ Konqresi Prezidentin və konqresmenlərin məvaciblərinin ödənilməsinin ləngidilməsini təklif edib
Vaşinqton, 31 yanvar, AZƏRTAC
Demokratlar və respublikaçılar sərhəd divarının tikintisinə vəsaitin ayrılması ilə bağlı danışıqları davam etdirirlər, lakin tərəflər hələlik razılığa gələ bilmirlər.
AZƏRTAC xəbər verir ki, bəzi konqresmenlər iki partiyanın mövqeyini əks etdirən qanun layihəsi təqdim ediblər. Layihə müəllifləri, konqresmenlər - Cared Qolden, Den Krenşou və Maks Rouz daha bir şatdaun baş verəcəyi təqdirdə, Prezidentin, vitse-prezidentin və Konqres üzvlərinin məvaciblərinin ödənilməsinin ləngidilməsini təklif ediblər. Konqresdə demokratların və respublikaçıların liderləri vəd ediblər ki, bu qanun layihəsini dəstəkləyəcəklər. Demokratlar və respublikaçılar hesab edirlər ki, Tramp öz şərtlərindən əl çəkməyəcək və çox güman, şatdaunu təkrarlayacaq. Xatırladaq ki, hökumətin müvəqqəti açılması vaxtının başa çatmasına cəmi 16 gün qalır.
Sonuncu şatdaun zamanı 800 mindən çox federal işçi məvacib ala bilmədiyi üçün çox çətin vəziyyətə düşüb. Xəbər verildiyi kimi, ölkə iqtisadiyyatı şatdauna görə bütövlükdə 11 milyard dollar itirib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:13]
BMT: Son on ildə ilk dəfədir ki, dünyada qaçqınların sayı azalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]
“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi
- 11.06.2026 [11:30]