ABŞ nümayəndəsi Su üzrə Bakı Dialoqu təşəbbüsünün əhəmiyyətini vurğulayıb
Bakı, 21 noyabr, AZƏRTAC
COP29 çərçivəsində noyabrın 21-də keçirilən mətbuat konfransında ABŞ Daxili İşlər Nazirliyi katibinin müavini vəzifəsini icra edən Laura Daniel Davis Su üzrə Bakı Dialoqu təşəbbüsünün əhəmiyyətini vurğulayıb.
AZƏRTAC xəbər verir ki, Laura Daniel Davis bildirib: “Su hər yerdədir. Eyni zamanda, su ilə bağlı bir çox problem var. Quraqlıqlar, daşqınlar və digər fəlakətlər hamısı su ilə əlaqəlidir”.
O qeyd edib ki, Azərbaycanın COP29 Sədrliyi Su üzrə Bakı Dialoqu təşəbbüsü ilə bir çox ölkələri bir araya gətirərək əhəmiyyətli iş görüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [17:44]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:30]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:26]
Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO
- 07.08.2026 [17:17]