ABŞ öz qoşunlarını Niamey bazasından çıxarıb
Bakı, 8 iyul, AZƏRTAC
ABŞ Silahlı Qüvvələrinin hərbçiləri və hərbi texnikası iyulun 8-nə keçən gecə Niameydəki bazadan tam çıxarılıb. Qoşunların çıxarılması ilə bağlı mərasimdə Niger ordusunun baş qərargah rəisi, polkovnik Maman Sani Kiau və ABŞ Müdafiə Nazirliyinin generalı Kennet Ekman iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Niger və ABŞ Müdafiə nazirliklərinin birgə bəyanatında deyilir. Məlumata görə, iki ölkənin silahlı qüvvələri arasında səmərəli əməkdaşlıq və əlaqə sayəsində əməliyyat vaxtından əvvəl və insidentsiz başa çatıb.
Amerika qoşunları bundan sonra Aqades şəhərindəki 201-ci hava bazasını tərk etməyə başlayacaq. Burada ABŞ ordusunun pilotsuz təyyarə bazası mövcuddur.
Qeyd edək ki, mart ayında Niger hakimiyyəti Birləşmiş Ştatlarla hərbi əməkdaşlıq sazişini ləğv edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]