ABŞ Polşaya 250 ədəd “Javelin” kompleksi tədarük edəcək
Bakı, 19 sentyabr, AZƏRTAC
ABŞ Polşaya iri həcmdə tankəleyhinə “Javelin” raket kompleksləri və onlar üçün raketlər tədarük edəcək.
AZƏRTAC xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bu barədə özünün sosial media hesabında yazıb. “ABŞ Dövlət Departamenti Polşaya 253 ədəd “Javelin” kompleksi, 2 min 506 raket, eləcə də zəruri təlim və ehtiyat hissələrinin satışını təsdiqləyib”, – deyə nazir bildirib.
Burada FGM-148F tipli raketlərdən söhbət gedir. Həmin raketlər müxtəlif növ zirehli texnikaları, o cümlədən dinamik müdafiə sistemləri ilə təchiz olunmuş hədəfləri məhv etmək qabiliyyətinə malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:24]
Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]