ABŞ Rusiya ilə nüvə silahlarına nəzarət sistemi üzərində işləməyə hazır olduğunu bildirib
Bakı, 17 oktyabr, AZƏRTAC
ABŞ Strateji Silahların Azaldılması Müqaviləsinin (START-3) tam icrasının bərpası məsələsində Rusiya ilə konstruktiv əməkdaşlığa və START-3-ü əvəz edəcək yeni silahlara nəzarət sistemi üzərində işləməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bunu BMT Baş Assambleyasının müvafiq komitəsinin iclasında ABŞ-ın nümayəndəsi Brüs Törner deyib.
“Biz START-3 müqaviləsinin tam icrası yolunda Rusiya ilə konstruktiv işləməyə, nüvə risklərinin azaldılması və 2026-cı ildən sonra nüvə silahlarına nəzarət sistemi üzərində işləməyə hazırıq (START-3-ün müddəti 2026-cı ilin fevralında başa çatacaq - Red.)”, - deyə B.Törner bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Moskvanın Yeni START Müqaviləsində iştirakını dayandırdığını, lakin ondan çıxmadığını bəyan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:40]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]