Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ səfiri Naxçıvanda layihə iştirakçısı olan qadınlarla görüşüb

Naxçıvan, 17 avqust, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Naxçıvan Muxtar Respublikasında qadınların iqtisadi səlahiyyətlərinin artırılması” layihəsinin iştirakçısı olmuş qadınlarla görüşüb.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, görüşdə komitənin sədri Ramilə Seyidova layihənin icrası barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasında, eləcə də Naxçıvan Muxtar Respublikasında qadınların dayanıqlı inkişafı, məşğulluqlarının təmin olunması, sahibkarlıq fəaliyyətlərinin inkişafı və dəstəklənməsi üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, müvafiq sahənin inkişafı ilə əlaqədar dövlət proqramları qəbul edilir, həmçinin qadınlarla, xüsusən də sosial qayğıya ehtiyacı olan qadınlarla bağlı sosialyönümlü layihələr uğurla icra edilir. Naxçıvan Muxtar Respublikasında icra olunan layihələrdən biri də muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan, ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyələşdirdiyi “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində “Naxçıvan Muxtar Respublikasında qadınların iqtisadi səlahiyyətlərinin artırılması” layihəsidir.

Komitə sədri qeyd edib ki, layihənin icrasına 2021-ci ilin aprelində başlanılıb və avqustda başa çatıb. Layihə çərçivəsində 20 qadına maksimum 500 ABŞ dolları dəyərində sərmayə kapitalı verilməsi nəzərdə tutulub. Lakin qadınların sahibkarlığa maraqları nəzərə alınaraq 26 qadına sərmayə kapitalı verilib. Ümumilikdə verilən sərmayə kapitallarının dəyəri 17 min manat təşkil edib. Layihə çərçivəsində maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır”, biznes planlaşdırılması üzrə “Sahibkar ol!” adı altında təlimlər keçirilib. Təlimlərdə muxtar respublikanın bütün rayon və şəhərlərini əhatə etməklə, ümumilikdə, 28 qadın, o cümlədən sağlamlıq imkanları məhdud və sosial qayğıya ehtiyacı olan qadınların iştirakı təmin edilib.

Diqqətə çatdırılıb ki, təlimlərdə qadınlara öz bizneslərini qurmaq, idarə etmək və inkişaf etdirmək, eyni zamanda, gələcəkdə qadınlara öz maliyyə vəsaitlərindən düzgün, səmərəli istifadə etmək bacarıqlarının formalaşdırılması məqsədi ilə zəruri biliklər çatdırılıb. Sonda iştirakçılar tərəfindən biznes planlar hazırlanıb. Ən uğurlu biznes planı hazırlayıb təqdim edən qadınlara öz potensiallarına uyğun sahələr üzrə sərmayə kapitalları verilib. Sərmayə kapitalı almış qadınlar üçün ilk öncə VÖEN-lər açılıb və alacaqları vəsaitlər bank hesablarına köçürülüb. Layihədə iştirak edən qadınlarla Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən müqavilələr bağlanılıb. Müqavilələr Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçirilib. Naxçıvan Muxtar Respublikasında, ümumilikdə, 26 qadına sərmayə kapitalı verilib. Sərmayə kapitallarının 70 faizi ailə təsərrüfatını genişləndirmək və ya qurmaq üçün, 30 faizi isə dərzilik, xalçaçılıq, dekorativ tətbiqi sənət, silahsazlıq, toxuculuq sahəsi ilə məşğul olmaları üçün verilib.

Ramilə Seyidova müvafiq layihənın icrası ilə əlaqədar qadınlara göstərilən diqqət və dəstəyə görə minnətdarlıq edib.

Tədbirdə çıxış edən səfir Örl Litzenberqer layihənin iştirakçılarına təşəkkürünü bildirib. Naxçıvan Muxtar Respublikasına ilk dəfə səfər etdiyini xatırladan səfir burada bir sıra görüşlər keçirdiyini, ancaq bu gün iştirak etdiyi görüşün onun üçün mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Qeyd edib ki, bu layihə ABŞ üçün çox böyük önəm kəsb edir.

Örl Litzenberqer bildirib ki, bu layihənin icrasında ABŞ-ın Azərbaycandakı səfirliyinin mühüm rolu olsa da, ən böyük məsuliyyət və zəhmət layihə iştirakçısı olan qadınların üzərinə düşür. O, Azərbaycanda və Naxçıvan Muxtar Respublikasında bu sahəyə göstərilən diqqətin böyük olduğunu ifadə edib. Qadın sahibkarların öz ailələrinə göstərdikləri yardımı yüksək qiymətləndirən diplomat bəzi qadınların fiziki imkanlarının məhdud olmasına, ailə başçısını itirməsinə, düşdüyü çətin vəziyyətə baxmayaraq, böyük fədakarlıq göstərərək, daha da səylə çalışmalarının böyük hörmətə layiq olduğunu vurğulayıb.

Diplomat qeyd edib ki, qadınlara təkcə iqtisadi yox, mənəvi-psixoloji dəstək göstərilməsi də çox vacib məsələlərdəndir. İcra olunmuş bu layihələr də qadınların məşğulluqlarının artırılması ilə yanaşı, onların özunəinamlarının artmasına, psixoloji vəziyyətlərinin yaxşılaşmasına da əsaslı təsir göstərəcək. Bu gün tədbirdə iştirak edən qadınların bəzilərinin bir neçə ildən sonra uğurlu sahibkar kimi özünü sübut edəcəyinə əminliyini bildirən səfir atılan bu addımların gələcəkdə biznes sahələrinin artmasına töhfə verəcəyinə inamını ifadə edib.

Tədbirdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova layihə çərçivəsində keçirilən təlimlər haqqında ətraflı məlumat verib, bu cür layihələrin muxtar respublikada nəzərdə tutulan vaxtda və uğurla icra olunduğunu diqqətə çatdırıb. Sevinc Rüstəmova belə layihələr çərçivəsində keçirilən təlimlərin əhəmiyyətinin vurğulayaraq deyib ki, Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən 2019-cu ildən icra olunmağa başlanılan belə layihələrin nəticəsində bu günədək muxtar respublikada 400 qadına sahibkarlıq fəaliyyətləri ilə məşğul olmaları üçün təlimlər keçirilib. Layihə rəhbəri səfir Örl Litzenberqerə səmərəli əməkdaşlığa görə minnətdarlığını bildirib.

Səmimi diskussiya şəraitində keçən görüş zamanı layihənin iştirakçıları olan qadınlardan Xanım Hüseyinova, Zəlalət Rzayeva, Həcər Hümbətova, Günel Məmmədova, Rəfayə İbrahimova və Şəhla Cəfərova öz fəaliyyət sahələri ilə əlaqədar ətraflı məlumat veriblər.

Səfir görülən işləri yüksək qiymətləndirib və qadınlara işlərində uğurlar arzulayıb.

Komitənin foyesində qadınların aldıqları sərmayə kapitalı dəyərində əldə etdikləri aktivlərin bəzilərinin, onların əl işlərinin, o cümlədən xalçaçılıq, toxuculuq, silahsazlıq, dərzilik, arıçılıq və digər məsullarının sərgiləndiyi sərgi nümayəndə heyəti tərəfindən maraqla qarşılanıb. Qonaqlar layihə çərçivəsində keçirilən tədbirlərdən, sərmayə kapitalı əldə etmiş qadınların qurduqları təsərrüfat sahələrinin fotolarına da baxıblar.

Komitə sədri Ramilə Seyidova qonaqlara sərgi haqqında ətraflı məlumat verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir VİDEO

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Müstəqilliyin Bərpası Günü: Tarixi qərar, milli iradə və dövlətçilik məsuliyyəti - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Sankt-Peterburqda dron hücumundan sonra baş verən yanğınlar söndürülür

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb