“ABU Arena”da təmir-bərpa işləri həyata keçirilir
Bakı, 6 sentyabr, AZƏRTAC
2004-cü ildə sırf həndbol üçün istismara verilən “ABU Arena”da Azərbaycan Həndbol Federasiyası (AHF) tərəfindən təmir-bərpa işləri həyata keçirilir.
AHF-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təmir işlərindən sonra “AHF Arena” kimi fəaliyyətini davam etdirəcək kompleksdə komandaların məşq etməsi, eyni zamanda oyunlar keçirməsi üçün əlverişli şərait yaradılacaq. Komandaların maddi-texniki bazasının yaxşılaşdırılmasına və həndbolun inkişafına hesablanan müvafiq işlərin yaxın vaxtlarda başa çatdırılması planlaşdırılır. Bununla da, həndbolsevərlər həm Azərbaycan çempionatının, həm də avrokubok oyunları, milli komandaların seçmə mərhələ görüşlərini yenilənmiş “AHF Arena”da izləmək imkanı qazanacaqlar.
Qeyd edək ki, iyunun 7-8-də Avstriyanın Vyana şəhərində Avropa Həndbol Federasiyasının baş ofisində qurumun prezidenti Miçael Viederer ilə Azərbaycan Həndbol Federasiyanın prezidenti Saleh Məmmədovun iştirakı ilə keçirilən görüşdə Avropa çempionatının Bakıda təşkil olunması ilə bağlı müzakirələr aparılıb. Qitə miqyaslı mötəbər yarışın paytaxtımıza həvalə olunması yüksək qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]
NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb
- 11.06.2026 [10:27]
"UFC Freedom 250" turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək
- 11.06.2026 [08:00]
Bu gün futbol üzrə dünya çempionatı start götürür
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
Teatr sənətinin vurğunu
- [11:14]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]