Azərbaycan Dövlət İnformasiya Agentliyi

ADA Universitetində “İqlim dəyişikliyi və qlobal istiləşmə” mövzusunda müzakirələr aparılıb

Bakı, 16 mart, Əziz Məmmədov, AZƏRTAC

Martın 16-da ADA Universitetində “Qlobal perspektivə dair məruzələr seriyası” çərçivəsində “İqlim dəyişmələri və qlobal istiləşmə” mövzusunda elmi mühazirə dinlənilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Azərbaycan Mühəndislik Akademiyasının (AMA) prezidenti, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Milli Məclisin deputatları, xarici ölkələrin səfirləri, ADA Universitetinin və ölkəmizin digər ali məktəblərinin tələbələri iştirak ediblər.

“Qlobal istiləşmə bütün ölkələri düşündürən prioritet sahələrdən hesab olunur”, - deyən Azərbaycanın xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz PAŞAYEV rəhbərlik etdiyi təhsil ocağında bu məsələyə həmişə aktual yanaşıldığını bildirdi. Rektor dedi ki, universitetdə ekologiya və enerji məsələləri ilə bağlı yaradılan mərkəzdə geniş araşdırmalar aparılır.

ADA Universitetinin fəaliyyəti haqqında qısa məlumat verən Hafiz Paşayev Azərbaycanda zəngin enerji resurslarının olduğunu vurğuladı. O bildirdi ki, universitetin əsas ideologiyası da ölkənin resurslarını, ətraf mühiti qorumaq və ona sağlam münasibət göstərməkdir. Rektor ətraf mühitin qorunması üçün ADA Universitetinin ağacəkmə kampaniyalarında da fəal iştirak etdiyini diqqətə çatdırdı.

“İqlim dəyişikliyi və qlobal istiləşmə” mövzusunda elmi mühazirə oxuyan fəza araşdırmaları üzrə tanınmış alim, ADA Universitetinin informasiya texnologiyaları və mühəndislik fakültəsində dərs deyən professor Roald SAQDEYEV ötən ilin dekabrında Parisdə iqlim dəyişikliyinə həsr olunan sammitin uğurla keçdiyini dedi. Alim vurğuladı ki, Paris Sammiti qlobal istiləşmənin qarşısını almaq üçün qarşıya qoyulan məqsədlərə tam çatacağımıza təminat vermir. Roald Saqdeyev qeyd etdi ki, qlobal istiləşmə bütün dünyada sivilizasiyanın inkişafı üçün müəyyən çətinliklər yaradır. Buna görə də onun qarşısını almaq üçün atmosferə atılan karbon qazının həcmi azaldılmalıdır. Alim hətta böyük sənaye mərkəzinə malik olan bəzi ölkələrdə atmosferə atılan karbon qazının həcminin azaldılması üçün böyük işlər görüldüyünü də vurğuladı. “Ötən 650 min il ərzində atmosferə atılan karbon qazının həcmi heç vaxt indiki kimi belə yüksək səviyyədə olmayıb”, - deyən Roald Saqdeyev dünyada atmosferə atılan karbon qazının miqdarının qısa müddət ərzində - son onilliklərdə demək olar ki, iki dəfə artdığını bildirdi. Alim əlavə etdi ki, Azərbaycan ətraf mühitin çirklənməsinə görə dünyada ilk yüzlüyə daxil olan ölkələr sırasında yoxdur. Bu isə çox sevindirici haldır.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu BAĞIROV diqqətə çatdırdı ki, Azərbaycan hökuməti beynəlxalq təşkilatlar və öz ölkəsi qarşısında götürdüyü öhdəliklərə tam əməl edir. Nazir ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanda ətraf mühitin qorunması üçün mühüm işlər görüldüyünü və bu ekoloji siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı.

H.Bağırov bildirdi ki, Azərbaycanda neft strategiyası həyata keçirilməyə başlayandan sonra iqtisadiyyatın inkişafı bir necə dəfə yüksəlib. Bununla bağlı olaraq Azərbaycanda təmiz ekologiya siyasəti həyata keçirilməyə başlanılıb. Nazir Azərbaycanın ətraf mühitə atılan neft-qaz tullantılarının həcmini 2020-ci ilədək kəskin şəkildə azaltmağı qarşısına məqsəd qoyduğunu diqqətə çatdırdı. Son illər ölkəmizdə həyata keçirilən yaşıllaşdırma tədbirlərinin geniş vüsət aldığını deyən H.Bağırov qeyd etdi ki, Bakıda və Abşeron yarımadasında, magistral yolların kənarlarında ağacəkmə işləri aparılır.

Nazir IDEA İctimai Birliyinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda ekologiya sahəsində mühüm layihələrin reallaşdırıldığını da xatırlatdı. O, Cənubi Qafqazda Azərbaycanın Gürcüstan ilə ekoloji sahədə sıx əməkdaşlıq etdiyini, Ermənistanın isə Kür çayını daim çirkləndirdiyini bildirdi.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla ƏLİYEVA tədbirdə çıxış etdi.

“Hər bir insan təbiəti sevməli və ona qayğı göstərməlidir”, - deyən Leyla Əliyeva IDEA İctimai Birliyinin təbiətin qorunması istiqamətində bir sıra layihələrə imza atdığını vurğulayaraq dedi:

- Təbiəti sevməmək mümkün deyil. İnsan və təbiət malik olduğumuz ən dəyərli nemətlərdir. Yəqin ki, siz bizim layihələrimiz haqqında çox oxumusunuz. Biz ağac əkməklə məşğul oluruq. Son dövrdə gənclərimiz, könüllülərimiz 4 milyondan çox ağac əkiblər. Bilirəm ki, siz də 30 nəfərlə birlikdə ağac əkmisiniz. Buna görə Sizə təşəkkür edirik.

Biz məhv olmaq təhlükəsi ilə üzləşən heyvanların yox olmasının qarşısını almağa çalışırıq. Əlbəttə ki, ovçuluq bütün dünyada mövcuddur. Bu, qəbul ediləndir və bəzən hətta faydalıdır. Lakin adları “Qırmızı kitab”a daxil olan heyvanlar öldürülməməlidir, onlar qorunmalıdır. Bunun üçün biz fəal təbliğat işi aparırıq, izah edirik, danışırıq. Ən başlıcası bu haqda düşünməkdir. Ceyranların reproduksiyası ilə bağlı bizim layihələrimiz olub. Mənim üçün ən vacib layihələrdən biri də Qafqaz bəbirinin qorunub saxlanmasıdır.

“Təbiətin gözləmək üçün vaxtı yoxdur. Biz bunu indi etməliyik”, - deyən Leyla Əliyeva hər bir insanın ətraf mühitin qorunub saxlanılmasına töhfə verə biləcəyinə əminliyini ifadə etdi. Gənclərə müraciət edən IDEA-nın rəhbəri İctimai Birliyin hamı üçün açıq olduğunu vurğuladı.

Sonra professor Roald Saqdeyevə iqlim dəyişikliyi və qlobal istiləşmə ilə bağlı suallar verildi.

Heydər Əliyev Fondunun prezidenti Mehriban ƏLİYEVA maraq doğuran belə bir sualla müraciət etdi: “Hörmətli akademik Saqdeyev, mənə çox maraqlıdır ki, siz bütün planet üçün təhlükənin qarşısını almağa qadir olan ümumi platformanın mövcudluğuna inanırsınızmı? Təəssüflə qeyd etdiyimiz və bugünkü bəşəriyyətin qarşılaşdığı digər çağırışlarla, bu təhlükə ilə mübarizədə hər hansı etik mexanizmlərin işlənib hazırlanmasını mümkün sayırsınızmı? Yoxsa bu, sadəcə gözəl, utopik ideyadır? Çox sağ olun”.

Suala görə təşəkkür edən professor Roald Saqdeyev dedi: “Bu, çox dərin mövzudur. Yəqin ki, burada nikbin insanların və bədbinlərin cavabları fərqli olar. Mən hətta bu məsələyə yanaşmada belə bir fikir eşitmişəm ki, auditoriyanı, insanların əksəriyyətini əsaslı elmi-praktiki arqumentlərlə inandırmaq çox güman, mümkün deyil. Ola bilsin ki, bəşəriyyətin yaşaması üçün insanların birləşməsindən də artıq nə isə lazım olacaq. Bəziləri deyirlər ki, bu, ekoloji din, təfəkkürümüzün əsasını təşkil edən torpaq, təbiət dini ola bilər. 1989-cu ildə konfranslardan birində mən məşhur Robert Redfordun qonağı idim. O, qlobal istiləşmə ilə bağlı birinci konfransı özü təşkil edib keçirirdi. Robert Redford yaxınlıqda yaşayan hindu qəbiləsinin rəhbərlərini dəvət etmişdi. Hinduların qəbilə başçısı dedi ki, insanlar onun əcdadlarının müdrikliyini anlaşaydılar, başa düşərdilər ki, biz bu torpağı əcdadlarımızdan miras almamışıq, biz bu torpağı gələcək nəsillərdən borc götürmüşük”.

Tədbirdə digər suallar da cavablandırıldı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir