ADAU-da “Kənd təsərrüfatı haqqında” Qanun layihəsinin heyvandarlığa həsr edilən maddələrinin müzakirəsi aparılıb
Gəncə, 22 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimovanın rəhbərliyi ilə “Kənd təsərrüfatı haqqında” Qanun layihəsinin heyvandarlığa həsr edilən maddələri başda olmaqla müzakirəsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qanun layihəsinin müzakirəsi zamanı universitetin heyvandarlıqla bağlı müvafiq fakültələrin professor-müəllim heyəti öz təklif və fikirlərini bildirib, mövzu ətrafında geniş müzakirələr aparılıb.
Daha sonra nazir müavini İlhamə Qədimova ADAU-nun maddi-texniki bazası ilə yaxından tanış olub.