ADAU tələbələri üçün növbəti təlim keçirilib
Gəncə, 14 mart, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrobiznes və idarəetmə fakültəsinin tələbələri üçün təlim təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Marketinqdə başlanğıc" adı altında keçirilən təlimdə “Business Service Centre” MMC-nin İnsan resursları şöbəsinin rəhbəri Təhminə Dəmirova və Marketinq şöbəsinin rəhbəri Zaur Mütəllimov iştirak ediblər.
Təlimin sonunda 3 tələbə püşkatma yolu ilə ödənişsiz digər bir seminarda iştirak hüququ qazanıb.