Azərbaycan Dövlət İnformasiya Agentliyi

Adil Əliyev: 8 Noyabr təkcə Qarabağda deyil, bütün sahələrdə ölkəmizin Zəfərinin günüdür

Adil Əliyev: 8 Noyabr təkcə Qarabağda deyil, bütün sahələrdə ölkəmizin Zəfərinin günüdür

Bakı, 7 noyabr, AZƏRTAC

Zəfər Gününün ölkəmizin həyatında ən mühüm hadisələrdən biri olması yalnız düşmən üzərində qazandığımız tarixi Qələbə ilə bağlı deyil. Onsuz da Ermənistanın 30 ilə yaxın davam etmiş hərbi təcavüzünə son qoyulması özlüyündə böyük bir salnamədir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Ordumuzun cəmi 44 günə torpaqlarımızın işğalına son qoyaraq bizi tarixi Zəfərimizə çatdırması ilə Azərbaycan həm də beynəlxalq hüququn tələblərini yerinə yetirdi, BMT Təhlükəsizlik Şurasının on illərlə kağız üzərində qalmış qətnamələrini icra etdi. Burada bir məqamı xüsusi vurğulamalıyam ki, qəbul edilmiş qətnamələrin Ermənistanın Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etməsinə baxmayaraq, rəsmi İrəvan nəinki onları icra etmir, əksinə, hər addımda təxribatlara yol verirdi. Deməli, ölkəmizin qazandığı Qələbə özündə həm də beynəlxalq hüququn normalarının yerinə yetirilməsi kimi tarixi hadisəni əks etdirir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.

A.Əliyev qeyd edib ki, Ermənistanın xalqımıza qarşı törətdikləri tarixi cinayətlər beynəlxalq ictimaiyyətə yaxşı məlum olmasına baxmayaraq, dünya dövlətləri nəinki ona təzyiq göstərdi, hətta etdiyi bütün özbaşınalıqlara susdu. Münaqişənin nizama salınması məqsədilə ATƏT-dən mandat almış vasitəçilər sülhün və sabitliyin təmin olunmasının təmin etmək, düşmənin hərbi təcavüzünün qarşısını almaq əvəzinə, danışıq prosesinin məntiqi nəticəyə çatmasına da maneə yaradırdılar. Məhz Azərbaycan dövləti lazımi nəticəyə nail olmaq üçün konstruktiv mövqe nümayiş etdirməyə və görüşlərə razılıq verməsinə baxmayaraq, qarşı tərəf prosesi pozur, hər vəchlə sülhün qarşısında əngəl olurdu. Bu gün ölkəmizə qarşı əsassız ittihamlar səsləndirən ABŞ və Fransa isə baş verənləri, sadəcə, izləyir, heç bir əməli addım atmır, Ermənistana təzyiq göstərmirdi. Bu gün açıq-aydın görürük ki, onların münaqişənin nizamlanmasında heç bir marağı olmayıb, hətta müsbət həlli təxirə salmaqla münaqişəni yubadıblar. Onlar münaqişənin həllini uzatmaqla onu qeyri-mümkün etməyə cəhdlər göstəriblər. Danışıqlar prosesi sülhə yaxınlaşdıqda hər dəfə Ermənistan bir bəhanə ilə onu pozdu və müharibədən başqa çıxış yolu qoymadı. Düşmən ölkənin baş nazirinin, digər vəzifəli şəxslərinin təxribatçı bəyanatları, qondarma rejimə səfərləri məhz Azərbaycanın səbir kasasını doldurdu.

“Nəhayət 2020-ci ildə Ermənistanın növbəti genişmiqyaslı təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başladı, qısa müddətdə bütün cəbhəboyu istiqamətlərində uğur qazanıldı və tarixi torpaqlarımızın işğaldan azad edilməsinin şahidi olduq. Məhz Müzəffər Ali Baş Komandanın hər gün bizə verdiyi xoş xəbərlər, işğaldan növbəti rayonumuzun, şəhərimizin, kəndimizin azad olunması mesajı xalqımızı sevindirdi.

İkinci Qarabağ müharibəsində xalqımızın yeganə amalı Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğ”u ətrafında sıx birləşmək və düşmən üzərində tam Qələbə qazanmaq idi və məhz belə də oldu. Ömür boyu birgəyaşayışın, tolerantlığın, multikulturalizmin ünvanı olan Azərbaycanda yaşayan, dilindən, dinindən, etnik kimliyindən asılı olmayaraq, bütün xalqların nümayəndələri çiyin-çiyinə döyüş meydanına atıldılar. Xalqımız igidlərimizi birlikdə döyüşlərə yola salıb onları Zəfərlə qarşıladı. Şəhid ailələrinin yalnız “Qələbə!” demələri hərbçilərimizi ruhlandırdı və arxasında xalqın dəstəyini hiss edən qəhrəman hərbçilərimiz misilsiz şücaətlər göstərdilər. Azərbaycan xalqı istər ön cəbhədə, istərsə də arxa cəbhədə Qələbə üçün vuruşurdu. Həm Ordumuz döyüş meydanında düşmənin başını əzir, həm də Müzəffər Ali Baş Komandan həm informasiya müharibəsində bütün təzyiqləri zərərsizləşdirirdi. Həqiqətlərimizin, ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında gənclərimiz xüsusilə fəal idilər”, - deyə Milli Məclis sədrinin müavini vurğulayıb.

Adil Əliyev deyib ki, ön cəbhədə qəhrəmanlarımızın göstərdiyi şücaətin misli-bərabəri yox idi. Ermənistan ordusu “Dəmir yumruğ”un qarşısında çox çarəsiz vəziyyətdə qaldı, erməni hərbi qulluqçularının fərarilik etməkdən başqa çıxış yolu qalmadı. Düşmən üzərində tarixi Qələbə qazanıldı və Zəfər yürüşümüz Şuşa zirvəsi ilə tamamlandı. Prezident İlham Əliyevin bu tarixi missiyanı rəhbərlik etdiyi Ordu ilə birgə reallaşdırması nəticəsində həm də ata vəsiyyətini yerinə yetirdi. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad olunması ilə Azərbaycan tarixində ən böyük hadisələrdən biri yaşandı. Döyüş meydanında ağır məğlubiyyətə uğrayan Ermənistanın daha ağır fəlakətdən yeganə çıxış yolu kapitulyasiya aktını imzalamaqdan keçirdi və düşmən bu sənədi imzalamaqla uduzduğunu qəbul etdi.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla ölkəmizin qazandığı tarixi Qələbə bir daha təsdiqləndi. Nəticə etibarilə Ermənistan məğlubiyyət sənədinə imza ataraq, qısa zaman kəsiyində digər şəhər və rayonlarımızdan çıxması barədə öhdəlik götürdü. Beləliklə, uzun illər işğal altında qalan Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan Azərbaycana təhvil verildi. Bu, ölkəmizin döyüş meydanında qazandığı qələbənin diplomatik müstəvidə davamı idi.

“Dövlətimizin başçısının hərbi əməliyyatlar bitdikdən dərhal sonra işğaldan azad olunmuş ərazilərə səfərləri ilə genişmiqyaslı abadlıq-quruculuq işlərinə başlanıldı. Zəfər yolu salındı, Füzulidə və Zəngilanda beynəlxalq hava limanları tikilib istifadəyə verildi, işğaldan azad olunmuş ərazilərdə müasir infrastruktur quruldu və genişmiqyaslı işlər bu gün sürətlə davam edir. Yalnız bir faktı demək kifayətdir ki, işğaldan azad olunmuş ərazilərdə bir dənə də istifadəyə yararlı bina yox idi, daş üzərində daş qalmamışdı. İşğaldan sonra və bu gün Füzuliyə səfər edən xarici qonaqlar, jurnalistlər qısa müddətdə görülən işləri heyrətlə izləyirlər. Artıq işğaldan azad olunmuş ərazilərimizə həyat qayıdıb, məcburi köçkünlər 30 ildən sonra öz evlərindədilər. Böyük Qayıdış Konsepsiyası uğurla reallaşır, dövlət tərəfindən evlər, təhsil müəssisələri, xəstəxanalar inşa olunur və geri qayıdan vətəndaşların rahatlığı üçün bütün imkanlar yaradılır. Onların təhsil, məşğulluq məsələlərinin həlli istiqamətində görülən işlər öz bəhrəsini verir.

Əsas məsələlərdən biri də şəhid ailələrinə və qazilərə dövlətimiz tərəfindən göstərilən yüksək diqqət və qayğıdır. Bizə tarixi Qələbəmizi bəxş edən şəhidlərimizin ailə üzvləri və qazilərimiz dövlət tərəfindən mənzillərlə, qazilərimiz, həmçinin nəqliyyat vasitələri ilə təmin edilir.

Bu il Zəfər Gününü daha əlamətdar edən hadisə isə sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləridir. Məhz bu tədbirlər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərqərar olundu. Prezident, Müzəffər Ali Baş Komandanın Xocalıda, Xankəndidə üçrəngli bayrağımızı qaldırmaqla tarixi missiyanı tamamlamış oldu.

İndi isə Qarabağ və Şərqi Zəngəzur dirçəlir, xalqımızın öz torpaqlarına geri dönməsi ilə o ərazilərə həyat gəlir”, - deyə A.Əliyev vurğulayıb.

Milli Məclis sədrinin müavini xalqımıza tarixi Qələbə bəxş etmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla anıb, qazilərə şəfa diləyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH