ADPU Avrasiya Universitetlər Birliyinə üzv olub
Bakı, 25 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) İstanbul Aydın Universitetinin (İAU) nümayəndələri ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a ADPU-dan bildirilib. Görüşdə universitetlər arasında mümkün əməkdaşlıq əlaqələri, bu çərçivədə əməkdaşlıq protokolunun imzalanması və ADPU-nun Avrasiya Universitetlər Birliyinə (EURAS) üzvlük məsələləri müzakirə edilib.
Görüşün yekununda universitetlər arasında qarşılıqlı əməkdaşlığa dair memorandum və ADPU-nun EURAS-a üzv olmasına dair müqavilə bağlanıb.
Sənədi ADPU-nun rektoru professor Cəfər Cəfərov və İAU-nun rektoru və Avrasiya Universitetlər Birliyinin prezidenti Mustafa Aydın imzalayıblar.