AFFA Klublar Komitəsinə yeni sədr seçilib
Bakı, 19 oktyabr, AZƏRTAC
AFFA Klublar Komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iclasda qurumun baş katibi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və Premyer Liqada mübarizə aparan klubların nümayəndələri iştirak ediblər.
Klublar Komitəsinin Əsasnaməsinə uyğun olaraq, sədr vəzifəsinə seçki keçirilib. “Sabah” klubunun prezidenti Maqsud Adıgözəlov səs çoxluğu ilə komitənin sədri seçilib.
İclasda digər məsələlər də müzakirə olunub.