AFFA Region Liqasında yeni mövsümün püşkü atılıb
Bakı, 19 oktyabr, AZƏRTAC
AFFA Region Liqasının 2023/2024-cü illər mövsümünün püşkü atılıb.
AZƏRTAC milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov və Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının prezidenti Rüfət Əmirov iştirak ediblər.
Oyunlar 4 regionu əhatə edəcək - Paytaxt və Şimal, Mərkəz, Şimal-Qərb və Qərb və Cənub.
İlk turda keçiriləcək oyunlar
Paytaxt və Şimal zonası
A qrupu
“Çinar Zəngilan” - “Gənclər”
“İrəvan” - “Record Club”
“Ramana” (Abşeron)* - “Mübariz”
“Xanlıq” (Qubadlı) - “City Baku”
“Gənclik” bu tur istirahət edir.
B qrupu
“Cürət” - “Lokomotiv Baku”
“Şimal” (Xaçmaz) - (Xaçmaz)
İCBFA - “Hypers”
“Şirvanovka” - “Dirçəliş”
Şimal-Qərb və Qərb zonası
“Ağstafa Gəncləri” - “Qarxun” (Yevlax)
“Balakən” - VT “Gəncə”
“Şəki” - “Göyəzən”
“Qala” (Goranboy) - “Bərdə”
Cənub zonası
“Qobustan” - “Masallı”
“Lənkəran” - “Ərkivan” (Masallı)
“Neftçala” - “Zəfər 44” (Cəlilabad)
“Biləsuvar” bu tur istirahət edir.
Mərkəz zonası
“Ərgünəş” - “İsmayıllı”
“Araz” (İmişli) - “Göyçay”
“Hacıqabul” - “Mil” (Beyləqan)
“Ağcabədi” - “Ümid” (Saatlı)
Qeyd edək ki, komanda adından sonra * işarəsi ilə qeyd edilənlər ilk dəfə AFFA Region Liqasında iştirak edirlər.