Afrika İttifaqı beynəlxalq ictimaiyyəti Ebola epidemiyası ilə bağlı təcili tədbirlər görməyə çağırıb
Bakı, 20 iyul, AZƏRTAC
Afrika İttifaqı beynəlxalq ictimaiyyəti Ebola epidemiyası ilə bağlı təcili tədbirlər görməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, təşkilat rəsmilərinin məlumatına görə, indiyədək 2500-dən çox insanın virusa yoluxduğu təsdiqlənib. Bu ilin iyuluna qədər olan dövrdə isə 1700-dən çox insan xəstəlik səbəbindən vəfat edib. Epidemiya ilə mübarizə məqsədilə könüllü dəstələrin təhlükəli zonalara göndəriləcəyi bildirilib. Xəstəlik əsasən Konqo Demokratik Respublikasının Şimali Kivu və İturi əyalətlərində geniş yayılıb. Artıq Qoma şəhərində də virusa yoluxma halları qeydə alınıb.
Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatı Ebola epidemiyasını beynəlxalq miqyaslı fövqəladə hadisə elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]