Ağ örpəyə bürünən Qəçrəş meşəsi - FOTOREPORTAJ
Quba, 16 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 16-ı səhər saatlarından başlayaraq Qubanın rayon mərkəzinə və dağlıq ərazilərinə qar yağıb.
Ötən günə kimi qızılı payız mənzərələri ilə göz oxşayan Qəçrəş meşəsi indi ağ örpəyə bürünüb.
AZƏRTAC Qəçrəş istirahət zonasında bu gün çəkilən fotoları təqdim edir.