Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağalıda yaradılan ilk kooperativlər regionun kənd təsərrüfatında yeni inkişaf modelinə çevrilir - Reportaj VİDEO

Zəngilan, 22 iyun, AZƏRTAC

Prezident İlham Əliyev tərəfindən bu il mayın 25-də təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sahənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaradır. Sənəddə kənd təsərrüfatının inkişafı, habelə yerli istehsal və emal potensialının gücləndirilməsi üçün genişmiqyaslı dəstək mexanizmləri nəzərdə tutulur.

Yeni Dövlət Proqramının yaratdığı bu imkanlar işğaldan azad edilmiş torpaqlarda, o cümlədən Zəngilanın Ağalı kəndində fəaliyyət göstərən yerli sakinləri və fermerləri də ruhlandırıb. İlk mərhələdə kooperativ şəklində birləşərək taxılçılıq üzrə uğurlu təsərrüfat quran kənd sakinləri artıq yaxın gələcəkdə fəaliyyət dairələrini genişləndirməyi planlaşdırırlar.

AZƏRTAC-ın bölgə müxbiri Ağalıda fermerlərlə görüşüb, onların fəaliyyəti və gələcək planları ilə maraqlanıb. Onun hazırladığı reportajı təqdim edirik.

Bir vaxtlar işğal altında qalaraq kol-kosla örtülən Ağalı torpaqları artıq əsl sahiblərinin zəhməti sayəsində yenidən dirçəlir. Böyük Qayıdışın ilk ünvanı olan bu kənddə yaradılan ailə kooperativləri regionun aqrar inkişafında yeni bir modelin əsasını qoyub. İlk mərhələdə kooperativ şəklində birləşərək taxılçılıq üzrə uğurlu təsərrüfat quran kənd sakinləri ötən ilin payızında ilk səpini həyata keçiriblər. Hazırda yaşıl zəmilərdə son hazırlıq işləri görülür və yaxın günlərdə biçin mövsümünə start veriləcək.

Münbit torpaqlar, sakinlərin böyük zəhməti və yeni Dövlət Proqramında nəzərdə tutulan dəstək mexanizmləri Ağalıda təkcə taxılçılığın deyil, digər gəlirli sahələrin də inkişafına imkan yaradır. Kooperativ üzvləri artıq yaxın gələcəkdə fəaliyyət dairələrini genişləndirərək bağçılıq, heyvandarlıq və müasir istixana təsərrüfatlarının qurulmasını, beləliklə də kənddə məşğulluq və rifah səviyyəsini daha da yüksəltməyi planlaşdırırlar.

Minayə Mahmudova kooperativ rəhbəridir. O, illərlə həsrətində olduqları doğma yurdda yaşamaqla yanaşı, bu torpaqların yenidən bol bərəkətli sahələrə çevrilməsində payı olmasından böyük qürur və xoşbəxtlik duyduğunu bildirir.

Qalib ölkənin vətəndaşı olmaqdan qürur duyduğunu bildirən Minayə Mahmudova rəhbərlik etdiyi kooperativin fəaliyyətindən bəhs edərkən deyib: “Çox sevinirəm, qürur duyuram. Allah Prezidentimizə cansağlığı versin, şəhidlərimizə rəhmət eləsin, analarının qarşısında baş əyirəm. Qazilərimizə şəfalar diləyirəm ki, bugünkü günü bizə yaşadıblar. Demək olar ki, 30 il bu torpaqlarda əkin-biçin aparılmayıb. Dövlətimizin dəstəyi ilə torpaqlarımızı yenidən əkib-becərə bilirik”.

Ötən ilin payızında taxılçılıq üzrə təsərrüfat yaradan kooperativ üzvləri zəmilərə lazımi aqrotexniki qulluq göstəriblər. Yerli iqlim şəraitinə uyğun arpa sortu əkilən sahələrdə hazırda biçinə son hazırlıq işləri görülür və yaxın günlərdə ilk məhsulun toplanılması gözlənilir.

Yeni qəbul edilmiş Dövlət Proqramının onlara böyük imkanlar açdığını vurğulayan kooperativ rəhbəri gələcək hədəflərini də bölüşüb: “Bu günlərdə Zəngilanda keçirilən müşavirədə yeni Dövlət Proqramı ilə yaxından tanış olduq. Artıq gələcək planlarım arasında bağçılıqla məşğul olmaq da var. Çünki proqramda bağların salınması üçün subsidiyalar və digər əhəmiyyətli dəstək mexanizmləri nəzərdə tutulub. Bu da biz fermerlər üçün münbit torpaqlardan daha bol məhsul götürmək imkanı yaradır”.

Fermerin əsas hədəflərindən biri də təsərrüfatda müasir suvarma sistemlərinin tətbiqidir. Dövlət Proqramında da bu sistemlərin tətbiqinə xüsusi güzəştlər nəzərdə tutulub. Müasir suvarma sistemləri sahələrin vaxtında suvarılmasına, həm suya qənaət edilməsinə, həm də torpaqların şoranlaşmasının qarşısının alınmasına şərait yaradacaq. Kooperativ üzvləri gələcəkdə Ağalıda təkcə taxıl deyil, çoxillik bitkilər də becərməyi və yeni bağlar salmağı planlaşdırırlar.

Şərqi Zəngəzurun ilk fermerlərindən olan Ağalı sakini Mübariz Fərhədovla da söhbət edirik. Bildirir ki, doğma torpaqlarda sakinlər üçün hər cür şərait yaradılıb: “Artıq kəndimizin ərazisində əkin sahələri ayrılıb. On nəfərdən ibarət kooperativimizə 16 hektarlıq torpaq sahəsi verilib. İlkin olaraq, taxıl əkmişik. Sertifikatlı buğda toxumlarından istifadə olunub. Həkəri çayının suyu ilə suvarırıq. Yüksək məhsuldarlıq gözləyirik”.

Ağalı sakini gələcək yeni Dövlət Proqramında nəzərdə tutulan dəstək mexanizmlərindən istifadə etməklə sahədə müasir suvarma sistemlərini quraşdırmağı planlaşdırdığını da vurğulayıb. Onun sözlərinə görə, yeni suvarma texnologiyalarının tətbiqi sahələrdə məhsuldarlığı əhəmiyyətli dərəcədə artıracaq.

Zəngilan rayonunun olduqca münbit torpaqlara sahib olduğunu qeyd edən fermer, burada kənd təsərrüfatının müxtəlif istiqamətlərini uğurla inkişaf etdirməyin mümkünlüyünü bildirib. O, Dövlət Proqramının yaratdığı geniş imkanlardan maksimum yararlanaraq, gələcəkdə rayonda meyvəçilik təsərrüfatı yaratmağı, eyni zamanda, şəkər çuğunduru əkinlərini də həyata keçirməyi planlaşdırır.

Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Möhübbət Səmədov deyir ki, Zəngilan torpaqları hər zaman münbitliyi ilə seçilib. Lakin işğal illərində bu torpaqlar baxımsız qaldığından yabanı bitkilərlə örtülmüşdü. İşğaldan azad edildikdən sonra isə torpaqlarımız yenidən dirçəlməyə başlayıb.

"Böyük Qayıdışın ilk ünvanı olan Ağalıya 2022-ci ildə sakinlərin köçü başladı. İşğaldan azad olunmuş ərazilərdə ilk dəfə olaraq Ağalıda üç kooperativ yaradılıb. Bunlar “Barış”, “Zəfər” və “Bərəkətli Torpaq” kooperativləridir. Həmin kooperativlərə kənd sakinləri cəlb olunublar. Hazırda olduğumuz ərazi “Zəfər” kooperativinə məxsusdur. Bu kooperativ 12 nəfəri birləşdirir və 16,6 hektar sahəni əhatə edir. Burada yerli sort buğda becərilib və ilk il olmasına baxmayaraq, kifayət qədər yaxşı məhsul əldə edilib.“Barış” kooperativində isə 10 hektar sahədə arpa əkini aparılıb. Ərazi dağətəyi zona olduğundan biçin işlərinin ayın sonuna qədər həyata keçirilməsi planlaşdırılır”.

“Zəngilanın münbit torpaqları burada kənd təsərrüfatının inkişafı üçün geniş perspektivlər açır. Yeni Dövlət Proqramında əksini tapan dəstək mexanizmləri də rayonda əlavə potensialın formalaşmasına əlverişli şərait yaradır. Müasir suvarma sistemlərinin tətbiqi, birillik və çoxillik bitkilərin becərilməsi üçün nəzərdə tutulan güzəştlər, eləcə də heyvandarlığın inkişafına yönələn dövlət dəstəyi hesabına rayonda yeni təsərrüfatların qurulması hədəflənir. Bu stimullaşdırıcı tədbirlər sakinlərin əkinçiliyə və heyvandarlığa olan marağını daha da artıracaq. Hazırda kooperativ üzvləri fəaliyyətə taxılçılıqla başlasalar da, gələcəkdə meyvəçilik və bağçılıq təsərrüfatları yaratmağı planlaşdırırlar”, – deyə mərkəz direktoru bildirib.

Beləliklə, Şərqi Zəngəzurun füsunkar təbiəti və münbit torpaqları dövlətimizin diqqəti sayəsində yenidən ölkə iqtisadiyyatına inteqrasiya olunur. Ağalıda uğurla fəaliyyət göstərən “Barış”, “Zəfər” və “Bərəkətli Torpaq” kooperativlərinin timsalında görünür ki, azad edilmiş ərazilərdə yerli sakinlərin zəhməti dəstək mexanizmləri ilə birləşdikdə qısa zamanda böyük nailiyyətlər qazanmaq mümkündür. Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Dövlət Proqramı çərçivəsində tətbiq olunacaq subsidiyalar, müasir suvarma texnologiyaları və çoxşaxəli güzəştlər isə yaxın gələcəkdə Zəngilanın təkcə taxılçılıq mərkəzi deyil, həm də ixrac potensiallı meyvəçilik, bağçılıq və yüksək məhsuldarlıqlı aqrar sənaye qovşağına çevriləcəyinə tam təminat verir. Bu dirçəliş həm regionun iqtisadi gücünü artırır, həm də doğma yurduna qayıdan sakinlərin rifahını daha da möhkəmləndirir.

Müxbir: Aydın Yavərzadə

Ağalıda yaradılan ilk kooperativlər regionun kənd təsərrüfatında yeni inkişaf modelinə çevrilir - Reportaj VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Müstəqilliyin Bərpası Günü: Tarixi qərar, milli iradə və dövlətçilik məsuliyyəti - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb