Ağcabədidə “Qızlar” futbol komandası fəaliyyətə başlayıb
Ağcabədi, 22 noyabr, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin təşkilatçılığı ilə qadınlardan ibarət “Qızlar” futbol komandası fəaliyyətə başlayıb və futbol yarışı keçirilib.
Nümayəndəlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, futbol yarışında əsas məqsəd gənc xanımların asudə vaxtlarının səmərəli keçirilməsi, idman fəaliyyəti vasitəsilə onlar arasında dostluq əlaqələrinin gücləndirilməsidir.