Ağcabədinin iki kəndinin elektrik şəbəkəsi yenidən qurulur
Bakı, 3 mart, AZƏRTAC
Ağcabədinin Pərioğullar və Hacıbədəlli kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur.
“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, qurum tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Pərioğullar və Hacıbədəlli kəndlərinin elektrik şəbəkəsi yenilənir. Yenidənqurma nəticəsində 396 abonenti olan Pərioğullar kəndində 4 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq, 12 kilometrə yaxın 10 kV-luq, 28 kilometrdən çox 0,4 kV-luq elektrik xətti yenilənəcək.
Ağcabədinin Hacıbədəlli kəndində də yenilənmə işləri davam etdirilir. 843 abonenti olan kənd ərazisində 9 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq, 22 kilometrə yaxın 10 kV-luq, 32 kilometrdən artıq 0,4 kV-luq elektrik xətti dəyişdiriləcək. Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunacaq. Pərioğullar və Hacıbədəlli kəndində işlərin yekunlaşması ilə 1300-ə yaxın abonent keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz ediləcək.
İnvestisiya layihəsinin birinci mərhələsində Ağcabədinin Mehrablı, Ağabəyli, Cəfərbəyli, Şənlik və Qaradolaq kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub. İnvestisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:44]
Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib
- 10.10.2026 [13:27]
Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər
- 10.10.2026 [09:55]
Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib
- 10.10.2026 [09:48]
Lənkəranın bir sıra kəndlərinə dolu düşüb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]
Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
- 09.10.2026 [19:57]