AĞCABƏDİNİN TAXTAKÖRPÜ QƏSƏBƏSİNDƏ MƏDƏNİYYƏT VƏ İSTİRAHƏT PARKI SALINIR
AZƏRTAC xəbər verir ki, Laçından olan məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində mədəniyyət və istirahət parkı salınır.
Ümummilli lider Heydər Əliyevin adını daşıyacaq parkda 1600 müxtəlif ağac və gül kolu əkilmiş, 600 metr uzunluğunda suvarma xətti çəkilmişdir. Hazırda 2 hektar ərazini əhatə edən parkda işlər davam etdirilir.