Ağdam rayonunda erməni vandalizminə məruz qalmış tarixi abidələrlə bağlı sərgi açılıb
Ağdam, 28 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonu Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində "İşğaldan azad olunmuş ərazilərdə erməni vandalizminə məruz qalmış tarixi abidələr" mövzusunda sərgi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin və Azərbaycan Memarlar İttifaqının birgə layihəsi çərçivəsində təşkil olunan sərgidə Xocavənd, Xocalı, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Laçın, Ağdam, Kəlbəcər rayonlarındakı mədəni, dini abidələrin işğaldan əvvəl və sonrakı vəziyyətlərinə dair foto-faktlar təqdim edilir. Vətən müharibəsi nəticəsində azad edilmiş bu bölgələrdəki abidələrin əksəriyyəti işğal dövründə dağıdılıb, bəziləri isə erməniləşdirilib.