Ağdamda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü qeyd edilmişdir
Ağdam, 22 aprel (AZƏRTAC). Quzanlı qəsəbəsindəki Ağdam Musiqi Kollecində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının və gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə dahi siyasi xadim Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə çiçək dəstələri düzmüş, xatirəsinə ehtiramlarını bildirmişlər.
YAP rayon təşkilatının sədri İsgəndər Quliyev, gənclər və idman idarəsinin rəisi Elnur Əhmədov və başqaları tədbirdə çıxış edərək ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, müasir müstəqil dövlətimizin yaranmasında və möhkəmlənməsində tarixi xidmətlərindən, gənclərə olan qayğısından danışmış, dahi rəhbərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışlar.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəallıq göstərənlərə fəxri fərman və hədiyyələr təqdim edilmişdir.
Tədbir rəngarəng konsert proqramı ilə davam etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]