AĞDAŞ MEYVƏÇİLƏRİ BOL MƏHSUL GÖZLƏYİRLƏR
İcra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu il ağdaşlılar ötən ildəkindən 300 hektar çox - 1.300 hektar bağlarda meyvə yetişdirmişlər. İndiyədək 10 min 100 ton məhsul yığılmışdır. İlin sonunadək 21 min ton meyvə tədarük edilməsi nəzərdə tutulur. Ötən il bu göstərici 17 min 145 ton olmuşdur.
Bu günədək 3.653 hektar sahədən 15 min 886 ton məhsul yığılmışdır.
Ağdaşda istehsal olunan meyvə və tərəvəz məhsullarına MDB ölkələrində böyük tələbat vardır. Torpaq mülkiyyətçiləri ekoloji cəhətdən təmiz şəraitdə yetişdirdikləri keyfiyyətli məhsulları yerli bazarlara çıxarmaqla yanaşı, hər il onun 60 faizindən çoxunu MDB ölkələrinə - Rusiya, Ukrayna, Belarus və Gürcüstana da ixrac edirlər.
Ağdaşlılar bu ilin 7 ayı ərzində Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarına 200 tondan artıq məhsul çıxarmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]
Dünya bazarında qızıl və gümüş bahalaşıb
- 14.06.2026 [09:17]