Agentlik oktyabr ayı üçün diplomların tanınması üzrə statistikanı açıqlayıb
Bakı, 13 noyabr, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi oktyabr ayı üçün diplomların tanınması üzrə statistikanı açıqlayıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, oktyabr ayı üzrə 467 müraciətçinin 326-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 141 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 58 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma, 57 əhəmiyyətli fərq (kredit sayı), 11 tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq (kredit sayı), 5 akkreditasiyasız ali təhsil müəssisəsi, 4 təhsilalma forması, 2 autentik (həqiqi) olmayan diplom, 1 akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma, 1 bakalavr diplomu üzrə imtina verilmə, 1 bakalavr diplomu üzrə imtina verilmə və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma, 1 əhəmiyyətli fərq və ixtisas uyğunsuzluğunu göstərmək mümkündür.
Ölkələr üzrə - Türkiyədən 153, Rusiyadan 132, Ukraynadan 93, Birləşmiş Krallıqdan 19, Gürcüstandan 15, Polşadan 13, Belarusdan 7, Almaniyadan 6, Amerika Birləşmiş Ştatlarından 4, İtaliya və Macarıstanın hər birindən 4, Latviya və Niderlandın hər birindən 3, Belçika, İsveçrə və Litvanın hər birindən 2, Çin, Konqo, Cənubi Koreya, Moldova və Malayziyanın hər birindən 1 müraciət qeydə alınıb.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat üzrə 48, menecment üzrə 42, maliyyə üzrə 35, biznesin idarə edilməsi üzrə 34, hüquqşünaslıq üzrə 24 müraciət qeydə alınıb.