Ağır atletika üzrə respublika yarışlarının dördüncü seçmə mərhələsi davam edir
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə respublika yarışlarının dördüncü seçmə mərhələsi uğurla davam edir.
Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildirilib ki, artıq yarışların Abşeron mərhələsinə yekun vurulub. “AAAF Park” Yaşayış Kompleksinin yarış zalında Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan olan 100-ə yaxın ağır atlet körpücük üzərində qüvvəsini sınayıb.
Mərhələ yarışları çərçivəsində noyabrın 1-2-də Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, noyabrın 4-5-də isə Samuxda Goranboy, Gəncə, Yevlax, Samux, Qazax, Şəki və Qaxı təmsil edən atletlər qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, zona turnirində 1999-2007-ci il təvəllüdlü kişilər və qadınlar müvafiq yaş qruplarında mübarizə aparır, qaliblər Sinkleyr cədvəli üzrə müəyyən edilir.