Ağstafada növbədənkənar prezident seçkilərində səhər saatlarından seçici fəallığı müşahidə edilir
Ağstafa, 7 fevral, Ruslan Novruzoğlu, AZƏRTAC
108 saylı Ağstafa seçki dairəsinin 48 seçki məntəqəsində səsvermə prosesi uğurla davam edir. Dairənin tərkibində olan 1 saylı seçki məntəqəsində 1356 seçici qeydə alınıb. Onlardan 11-i ilk dəfə səs vermə hüquq əldə edən seçicilərdir. Məntəqədə səsvermənin gedişini 15 müşahidəçi izləyir. Məntəqədə veb-kamera quraşdırılıb. 6 seçici isə məntəqəyə daşınan qutular vasitəsilə səs vermələri barədə müraciət edib.
Məntəqə sədri Məhəmməd Musayev AZƏRTAC-a bildirib ki, səsvermə prosesi uğurla davam edir. Daşınan qutular vasitəsilə müraciət edən seçicilərin səsverməsi təmin ediləcək. Hər hansı qanun pozuntusu qeydə alınmayıb.
Qeyd edək ki, 108 saylı Ağstafa seçki dairəsində ümumilikdə 47 min 550 seçici qeydə alınıb. Dairə üzrə 18 yaşı tamam olan seçicilərin sayı isə 59 nəfərdir. Dairə üzrə 8 məntəqəyə veb-kameralar quraşdırılıb. Dairədə 4 seçicini 100-dən yuxarı yaşı var.