REGİONLAR
AĞSUDA 1440 TONDAN ÇOX PAMBIQ YIĞILMIŞDIR
Respublikamızda həyata keçirilən uğurlu iqtisadi siyasət son dövrdə torpaq sahiblərinin pambıqçılığa marağını yenidən artırmışdır. 2002-ci ildə 390 hektar sahədən 550 ton məhsul istehsal edən ağsulular bu il 501 hektarda pambıq becərmişlər.
Məhsul yığımı uğurla başa çatmışdır. Ağsu rayon statistika idarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hava şəraitinin əlverişli keçməsindən maksimum səmərə ilə istifadə edən kənd əməkçiləri sahələrdən 1443 ton pambıq toplamışlar. Bu, ötən ildəkindən 893 ton çoxdur. Hər hektardan məhsuldarlıq 28,8 sentnerə çatdırılmışdır. Bozavad, Çaparlı, Gəgəli ərazi bölgələrində daha çox məhsul istehsal olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]