REGİONLAR
Ağsuda bayram yarmarkası açılıb VİDEO
Ağsu, 17 mart, AZƏRTAC
Əziz el bayramımız olan Novruzun gəlişi ilə əlaqədar Ağsu şəhəri S.Vurğun küçəsinin girişində bayram yarmarkası açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 17-də keçirilən yarmarkada satışa çıxarılan malların çeşidi və qiymətləri sakinlər tərəfindən razılıqla qarşılanıb. Şənbə günü alıcılara 2 ton mal əti, 1,5 ton qoyun əti, meyvə və tərəvəz məhsulları, “Az-Qranata” MMC-nin müxtəlif çeşidli meyvə şirələri və sair təklif edilib. Ərzaq məhsullarının orta satış qiyməti bazar qiymətlərindən 15-20 faiz ucuz olub.
Yarmarka bazar günü də fəaliyyət göstərəcək.