Ağsuda ötən gecədən baş verən yanğının söndürülməsi işləri davam edir
Ağsu, 17 avqust, AZƏRTAC
Ağsu rayonunun Bico kəndinin şimal dağlıq ərazisində ötən gecədən başlayan yanğın davan edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın Qəşəd və Keçdiməz kəndlərinin şimal dağlıq ərazilərinə də keçib. Havanın küləkli olması alovun daha da yayılmasına səbəb olub. Bir ailə təxliyə edilib. Alovun hündürlüyü bəzi yerlərdə 3-4 metrə çatır. Yanğınla mübarizəyə ətraf rayonlardan Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə idarələrinin canlı qüvvəsi, texnikası, eləcə də mülki müdafiə qüvvələrinin heyəti və yerli sakinlər cəlb olunublar.