Ağsuda polislər qanvermə aksiyasında iştirak ediblər
Bakı, 10 sentyabr, AZƏRTAC
Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin şəxsi heyəti qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanitar aksiyaya qoşulublar. Polis əməkdaşları əvvəlcə həkim nəzarətindən keçiriliblər.
Yığılmış qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.