AĞSUDA SU KANALININ VƏ NASOS STANSİYASININ ƏSASLI TƏMİRİNƏ BİR MİLYON MANAT VƏSAİT AYRILMIŞDIR
Ağsu rayonunda 10 min hektardan çox əkin sahəsinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün Yuxarı Şirvan kanalı Ağsu qolunun əsaslı təmiri və Ərəbmehdibəy kəndi ərazisindəki nasos stansiyasının yenidən qurulması işləri sürətləndirilmişdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, bu məqsədlə 1 milyon manat vəsait ayrılmışdır. Yuxarı Şirvan kanalı Ağsu qolunun lildən təmizlənməsi, uçub dağılmış hissələrin əsaslı təmiri, habelə müasir nasoslar gətirilməklə stansiyanın yenidən qurulması yay aylarında 19 kəndi və minlərlə hektar əkin sahəsini suvarma suyu ilə gen-bol təmin etməyə imkan verəcəkdir.
Yuxarı Şirvan kanalı Ağsu qolunun bərpası rayonun əsas su mənbələrindən olan Cavanşir gölündən su məsrəfini yarıyadək azaltmağa imkan yaradacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]