Ağsunun şimal dağlıq ərazisində baş verən yanğın söndürülüb
Ağsu, 8 fevral, AZƏRTAC
Fevralın 7-də saat 12 radələrində Ağsu rayonunun şimal dağlıq ərazisində baş verən yanğınlar söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin Ağsu yanğından mühafizə hissəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayonun Girdə və Kövlüc bələdiyyələri ərazisində baş verən yanğın 32 hektar ərazini əhatə edib. Belə ki, Kövlüc bələdiyyəsi ərazisində 27 hektar, Girdə ərazisində isə 7 hektar sıx kolluq və xırda ağaclar yanıb. Dünən saat 17 radələrində bütün yanğın ocaqları söndürülüb. Gecə səhərədək əraziyə nəzarətçilər qoyulub. Hazırda heç bir yanğın təhlükəsi yoxdur.
Yanğınla mübarizədə Ağsu yanğından mühafizə hissəsinə məxsus 2 yanğınsöndürən maşın və 15 nəfərlik şəxsi heyət, habelə İsmayıllı rayonundan 1 yanğınsöndürən maşın və 8 nəfərlik şəxsi heyət iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [17:58]
Qazaxda 12 yaşlı qızı avtomobil vurub
- 17.10.2026 [17:31]
Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib
- 17.10.2026 [16:15]
Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub
- 17.10.2026 [15:01]
Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB
- 17.10.2026 [14:03]
Füzuli Şəhəri Günündə ustad dərsləri
- 17.10.2026 [13:48]
Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO
- 17.10.2026 [12:54]
Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]