AHILLARA QAYĞI CƏMİYYƏTİN HƏR BİR ÜZVÜNÜN VƏTƏNDAŞLIQ BORCUDUR
AZƏRTAC xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyəti Badamdar qəsəbəsində Ahıllar günü münasibətilə tədbir keçirmişdir.
Ahılları təbrik edən rayon icra hakimiyyəti başçısının müavini Qəzənfər Novruzov bildirmişdir ki, hər bir yaşlı nəslin nümayəndəsinin hüquqlarını müdafiə etmək, onların həyat şəraitini yaxşılaşdırmaq Azərbaycan dövlətinin yeritdiyi siyasətin mühüm tərkib hissəsidir. Rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdən danışan müavin xüsusilə vurğulamışdır ki, bu tədbirlərin həyata keçirilməsində yaşlı nəslin nümayəndələrinin hər zaman məsləhət və təkliflərinə böyük ehtiyac vardır.
Tədbirdə ahıllara bayram süfrəsi açılmış, incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]