Aİ Brüsseldə “Kəmər və yol” təşəbbüsünün alternativini müzakirə edəcək
Bakı, 19 oktyabr, AZƏRTAC
Avropa İttifaqı Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə alternativ proqramın hazırlanması üçün oktyabrın 25-26-da Brüsseldə “Global Gateway” forumu keçirəcək.
AZƏRTAC xəbər verir ki, Bloomberg agentliyi bu barədə Brüsseldəki mənbələrinə istinadla məlumat yayıb.
Aİ üçün strateji sayılan regionlarda Çinlə rəqabətə yönələn forumda 20-yə yaxın dövlətin prezidentləri və Baş nazirləri iştirak edəcəklər. Artıq Banqladeş, Namibiya, Moldova və Seneqal liderləri tədbirdə iştiraklarını təsdiqləyiblər. Forumda, həmçinin “Orange” və “Telefonica” telekommunikasiya texnologiyası kompaniyaları, “Allianz” sığorta şirkəti, “Siemens” və “Alstom” maşınqayırma korporasiyaları, “Danone” qida sənayesi nümayəndəsi, həmçinin “Enel” energetika şirkəti kimi Avropa İttifaqının böyük kompaniyaları da təmsil olunacaq.
Avropa İttifaqı tədbirdə Konqo və Zambiya ilə “kritik xammalın” tədarükü barədə müqavilələr imzalamağı planlaşdırır. Bu sənədlər Afrikada Konqo və Zambiyanı Anqolanın Atlantik okeanı sahilində yerləşən Lobito limanı ilə birləşdirəcək nəqliyyat dəhlizinin inkişafı üzrə Aİ-nin daha geniş proqramının bir hissəsi olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:38]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO
- 03.10.2026 [13:12]
Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub
- 03.10.2026 [13:04]
Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib
- 03.10.2026 [11:20]
Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq
- 03.10.2026 [08:53]
Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
- 03.10.2026 [07:11]
ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]