Aİ-nin Qırmızı dənizdəki hərbi missiyasına İtaliya və ya Fransa komandanlıq edəcək
Roma, 1 fevral, AZƏRTAC
Avropa İttifaqının Qırmızı dənizə göndərəcəyi birgə hərbi missiya İtaliya və ya Fransanın komandanlığı ilə fəaliyyət göstərəcək.
AZƏRTAC xəbər verir ki, bunu İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib.
Nazir missiyanın məqsədinin husilərin Qırmızı dənizdə beynəlxalq ticarətə təsir edən hücumlarının qarşısını almaq, ticarət gəmilərinin müdafiəsini gücləndirmək olduğunu bildirib. Vurğulayıb ki, hərbi missiyanın təşkili ilə bağlı danışıqlar davam edir.
“Bu, dəniz ticarətinin təhlükəsizliyini təmin etmək üçün hərbi müdafiə missiyasıdır”, - deyə Baş nazirinin müavini əlavə edib.
Xatırladaq ki, Avropa İttifaqına üzv ölkələrin nazirləri yanvarın 22-də Qırmızı dənizə hərbi missiya göndərilməsi planı barədə razılığa gəlib. Missiya BMT-nin Dəniz Hüquqları Konvensiyasına uyğun fəaliyyət göstərəcək və müdafiə xarakterli olacaq.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:18]
Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb
- 08.06.2026 [12:17]
İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb
- 08.06.2026 [12:16]
Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb
- 08.06.2026 [12:14]
Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb
- 08.06.2026 [12:09]
İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb
- 08.06.2026 [12:02]
Elektromobillər Çində havanın çirklənməsini azaldır
- 08.06.2026 [12:01]
İsrail İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib
- 08.06.2026 [11:58]
Lukaşenko: Çin Belarusa dost və tərəfdaş kimi etibar edə bilər
- 08.06.2026 [11:35]
Moldovada kənd yaxınlığında pilotsuz uçuş aparatı partlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb
- 07.06.2026 [23:50]
İran yenidən İsrailə hava zərbələri endirib
- 07.06.2026 [23:47]
Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib
- 07.06.2026 [23:18]