“Aida” operasının tamaşasını məşhur italyan dirijoru idarə edəcəkdir
Bakı, 16 may (AZƏRTAC). Mayın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Aida” operasının tamaşası göstəriləcəkdir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu tamaşanı idarə etmək üçün məşhur italyan dirijoru Canluka Marçiano dəvət olunmuşdur. C.Marçiano hazırda Londonda yaşayır və İngiltərə Kamera Orkestrinin dirijorudur. O, həmçinin dünyanın ən qabaqcıl opera və balet teatrlarında tamaşaları uğurla idarə edir.
Tamaşada Aida partiyasında ilk dəfə teatrın gənc və istedadlı solisti Çinarə Şirin debüt edəcəkdir. Radames rolunu Gürcüstan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Gürcüstanın Xalq Artisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, professor Teymuraz Ququşvili, əsas partiyalardan biri - Amneris rolunu isə Azərbaycanın Əməkdar Artisti Fidan Hacıyeva ifa edəcəklər.
Tamaşada, həmçinin Opera və Balet Teatrının aparıcı solistləri- Azərbaycanın Əməkdar artistləri Əli Əsgərov, Əvəz Abdullayev və Əkrəm Poladov da çıxış edəcəklər.
Opera sənəti ulduzlarının iştirakı ilə keçiriləcək “Aida” operasının tamaşası şəhərin mədəni həyatında parlaq hadisəyə çevriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]