“Ailə TV” kabel televiziyası operatoru onlayn ödəniş sistemi tətbiq edəcəkdir
Bakı, 3 dekabr (AZƏRTAC). “Ailə TV” kabel televiziyası operatoru abonentlərin xidmət haqqını rahat ödəməsi məqsədi ilə onlayn ödəniş sistemi tətbiq edəcəkdir. Bu məqsədlə “Azeri Card” və “Golden pay” şirkətləri ilə razılıq əldə edilmişdir. Hazırda müvafiq texniki işlər görülür.
Bu ödəniş sisteminin üstünlükləri ondan ibarətdir ki, abonent internet vasitəsilə “Ailə TV”-nin rəsmi internet saytı olan http://aile.tv/ internet ünvanına daxil olacaq və “Visa”, “Master Card”, “Maestro Card” plastik kartları vasitəsilə ödəniş ediləcəkdir. Onlayn ödəniş həyata keçirildikdən sonra “Ailə TV” kabel televiziyasının xidmətləri aktivləşəcəkdir
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, onlayn ödənişlə yanaşı, abonentlər şəhərin müxtəlif nöqtələrində yerləşən elektron köşklər vasitəsilə də ödəniş həyata keçirə biləcəklər.
Qeyd edək ki, “Ailə TV” kabel televiziyası operatoru bu ilin sonunadək ödəniş kartlarını da satışa çıxarmağı planlaşdırır. Bundan əlavə, yaxın gələcəkdə “Ailə TV”-nin abonentləri SMS göndərməklə də ödənişlərini həyata keçirə biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.05.2026 [20:16]
Məhsuldarlıq, ixrac və müasir yanaşmalar ön planda VİDEO
- 28.05.2026 [14:58]
Bakıdan bölgələrə iki gün ərzində 20 minə yaxın sərnişin daşınıb
- 28.05.2026 [13:47]
Həssas enerji birjalarının hər hansı bəyanata reaksiyası gecikmir
- 28.05.2026 [12:05]
Romada “SOCAR İtaliya” şirkətinin rəsmi təqdimatı olub
- 28.05.2026 [09:57]
Dünya bazarında qızıl 64 dollar ucuzlaşıb
- 28.05.2026 [09:54]
Dünya birjalarında neft bahalaşıb
- 28.05.2026 [09:34]