Airbus özünün ən böyük təyyarəsinin sınaq uçuşlarına başlayıb VİDEO
Bakı, 24 noyabr, AZƏRTAC
Airbus 350 seriyasından ən böyük təyyarə olan yeni А350-1000 layneri üç saat davam edən ilk uçuşunu həyata keçirib. Təyyarə Fransanın Tuluz aerodromundan səmaya qalxıb.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, yeni ikimotorlu təyyarə bu siqmentdə Boeing avialaynerləri ilə rəqabət məqsədilə yaradılıb. А350-1000 əvvəlki modeldən (А350-900) 7 metr uzundur və ondan 40 nəfər çox - 366 sərnişin tutur. Hərçənd Boeing 747-nin son modelləri göyərtəsinə 400 sərnişin görürsə də, onun avropalı rəqibi füzelyajın və qanadların daha yüngül materiallardan hazırlanması hesabına yanacağa qənaət baxımından üstün sayılır.
Airbus kompaniyası hələlik üç belə təyyarə hazırlayıb və onlar bu qış sınaq uçuşları keçirəcək. А350-1000 istismara 2017-ci ilin ikinci yarısında buraxılmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:55]
NATO-nun Baş katibi Vaşinqtonda Trampla görüşəcək
- 19.06.2026 [12:54]
Pakistan tam elektron pasport sisteminə keçməyə hazırlaşır
- 19.06.2026 [12:47]
“Euractiv”: Avropa dron istehsalında Çindən asılı olaraq qalır
- 19.06.2026 [12:46]
Yaşar Güler: Ankaradakı NATO sammiti Alyans üçün dönüş nöqtəsi olacaq
- 19.06.2026 [12:41]
Saratov hava limanında uçuşlara müvəqqəti məhdudiyyət qoyulub
- 19.06.2026 [12:26]
Körfəz ölkələrində neft hasilatı oktyabr ayına qədər bərpa oluna bilər
- 19.06.2026 [12:25]
Gürcüstan xəstəxanalarında koronavirus halları qeydə alınıb
- 19.06.2026 [12:11]