Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik Bəkir Nəbiyev zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına böyük töhfələr verib

Akademik Bəkir Nəbiyev zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına böyük töhfələr verib

Bakı, 21 avqust, AZƏRTAC

Avqustun 21-i ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik Bəkir Nəbiyevin doğum günüdür. Klassik, həm də müasir ədəbiyyat haqqında dəyərli əsərlər yazmış Bəkir Nəbiyev zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına böyük töhfələr verib.

AZƏRTAC akademik Bəkir Nəbiyevin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Bəkir Nəbiyev 1930-cu il avqustun 21-də Ağdaş rayonunun Üçqovaq kəndində ziyalı ailəsində dünyaya göz açıb. O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) Məmməd Arif, Əli Sultanlı, Mir Cəlal, Cəfər Xəndan, Məmməd Cəfər, Həmid Araslı, Abbas Zamanov, Feyzulla Qasımzadə kimi böyük ustadlardan dərs alıb. Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirəndə artıq beş ildən çox müəllimlik təcrübəsi olan gənc filoloqun görkəmli ədəbiyyatşünas kimi formalaşmasına mətbuat-publisistika sahəsindəki fəaliyyəti mühüm təsir göstərib. Universitetin aspiranturasına qəbul olan Bəkir Nəbiyev 1960-cı ildə “Firudin bəy Köçərlinin həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Ədəbi fəaliyyətə “Ədəbiyyat qəzeti”nin 1951-ci il 4 noyabr tarixli nömrəsində dərc edilən “Dama-dama göl olar” rəyi ilə başlayıb. O dövrün nüfuzlu “Azərbaycan gəncləri”, “Kommunist” və digər qəzetlərində ədəbi işçidən şöbə müdirinə qədər yüksələn, Yazıçılar, Jurnalistlər birliklərinə üzv qəbul edilən Bəkir Nəbiyev 60-cı illərin əvvəlində elm aləminə bir neçə sahənin mütəxəssisi kimi gəlmişdi: müəllim, jurnalist, tənqidçi, tədqiqatçı-ədəbiyyatşünas, redaktor, tərcüməçi və s.

Ədəbiyyat elmini özünə həyat kredosu seçən, bir gün belə onsuz yaşamayan, ədəbiyyatımıza, onu yaradanlara alimin dərin məhəbbəti, bitib-tükənməyən enerjisi və buna təkan verən sahilsiz ümmana bənzər arzuları cild-cild kitabların, saysız-hesabsız elmi məqalələrin meydana gəlməsinə münbit şərait yaradıb.

Ədəbi prosesə, klassik ədəbi irsə, ədəbi tənqidə, ədəbi əlaqələrə, poeziyada sənətkarlıq məsələlərinin tədqiqinə 50-dən çox kitab, 900-dən çox məqalə və resenziya həsr edən alim nəinki Azərbaycanda, keçmiş Sovet İttifaqında, eləcə də Türkiyə, İran və İraqda görkəmli ədəbiyyatşünas kimi tanınıb. Bir çox doktorluq dissertasiyaları üzrə elmi məsləhətçi, namizədlik dissertasiyaları üzrə elmi rəhbər olub. Ümumiyyətlə, alimin ədəbiyyatşünaslıq sahəsində yüksəkixtisaslı kadrlar hazırlanmasında xidmətləri böyükdür.

Akademik Bəkir Nəbiyev XX əsrin ortalarından etibarən ədəbi prosesin və ədəbi-nəzəri fikrin daim diqqət mərkəzində olub, ədəbiyyatın əbədiliyinə böyük inamla bədii irsin tədqiqi ilə məşğul olub. İlk peşəkar tənqidçimiz Firudin bəy Köçərli haqqında 1963-cü ildə çap olunmuş sanballı monoqrafiyası ilə Bəkir Nəbiyev alim kimi ədəbi-nəzəri fikir tariximizə daxil ola bilib.

Elmi-ictimai fəaliyyətinin birinci mərhələsini hər bir görkəmli elm adamı üçün fəxr sayıla biləcək məhsuldarlıqla, intensiv və çoxşaxəli axtarışlarla başa vuran Bəkir Nəbiyev ikinci mərhələyə Azərbaycan Milli Elmlər Akademiyasından başlayıb. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna kiçik elmi işçi qəbul edilən gənc tədqiqatçı çox keçmədən şöbə müdiri vəzifəsinə qədər yüksəlib. 1970-ci ildə doktorluq dissertasiyasını uğurla müdafiə etdikdən sonra Bəkir Nəbiyevə daha məsul vəzifə - Ədəbiyyat Muzeyinin direktorluğu tapşırılıb. Bu vəzifədə 15 ildən çox çalışan Bəkir Nəbiyev muzeyin daha da zənginləşməsində, dövrün tələbləri əsasında yenidən qurulmasında, beynəlxalq aləmdə tanıdılmasında böyük rol oynamaqla yanaşı, elmi-tədqiqat fəaliyyətini də yüksək templə davam etdirib. Yaradıcılıq yolunun ikinci mərhələsində alimin Azərbaycan ədəbiyyatının, mədəniyyətinin müxtəlif məsələlərinə dair 10-dan çox kitabı, 300-dək məqaləsi çap olunub. Bu məhsuldar yaradıcılığın zirvəsi isə doktorluq dissertasiyası kimi müdafiə etdiyi “Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı” fundamental əsəri olur.

Mərhum akademikin “Görkəmli tənqidçi və ədəbiyyatşünas” (1963), “Süngüyə çevrilmiş qələm” (1970), “Ədəbi düşüncələr” (1971), “Tənqid və ədəbi proses” (1976), “Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı” (1977), “Kamalın təntənəsi” (1981), “Söz ürəkdən gələndə” (1984), “Roman və müasir qəhrəman” (1987), “Özümüzdən başlayaq” (1990), “Didərgin şair” (1995), “Çətin yollarda” (2000), “İstiqlal şairi” (2001), “Xəzan vurmasın” (2006), “Hərənin öz yolu var” (2007) və s. kitabları tənqid və nəzəri fikir tariximizin yarıməsrlik (1960-2010) dövrünü mərhələli surətdə əks etdirir. Bu əsərlər heç vaxt köhnəlməyən müasir təfəkkürlə, yüksək tarixilik duyğusu, məntiq və mühakimə ilə yazılıb.

Görkəmli akademik Azərbaycan filologiyasında mükəmməl “Bəkir Nəbiyev məktəbi”nin əsasını qoyub. Nizami Cəfərov, Teymur Kərimli, Məhərrəm Qasımlı, Kamran Əliyev, Şirindil Alışanlı, Muxtar İmanov, Tehran Əlişanoğlu onun yetirmələridir. Bu məktəbin nümayəndələri görkəmli Azərbaycan tənqidçisi və ədəbiyyatşünaslarıdır.

Mərhum alim AMEA Rəyasət Heyətinin üzvü olub, uzun illər Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat, Dil və İncəsənət Bölməsinin akademik-katibi (1987-2001), Azərbaycan Elmlər Akademiyası “Xəbərləri” jurnalının (Ədəbiyyat, dil və incəsənət seriyası üzrə) baş redaktoru və on ilə yaxın AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru kimi məsul vəzifələrdə çalışıb. Bundan əlavə, Azərbaycan Mədəniyyət Fondunun sədri (1987-1990), ədəbiyyat üzrə ixtisaslaşdırılmış müdafiə şurasının sədri (1993-cü ildən), “Ədəbiyyat və incəsənət” qəzeti redaksiya heyətinin, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” studiyasının bədii şurasının, Azərbaycan Yazıçılar İttifaqının, “Vətən” cəmiyyəti idarə heyətinin, respublika “Bilik” cəmiyyəti plenumunun üzvü, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasının məsləhətçisi, Sovet-Pakistan Dostluq Cəmiyyəti Azərbaycan şöbəsinin sədr müavini kimi fəaliyyət göstərib. Çexiya, Slovakiya, Yunanıstan, Danimarka, İran, İraq, Səudiyyə Ərəbistanı, ABŞ, Çin və Yaponiyada beynəlxalq ədəbi-elmi və siyasi məclislərdə məruzə ilə çıxış edib.

Bəkir Nəbiyevin zəngin fəaliyyəti Azərbaycan dövləti tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb, Azərbaycan Respublikasının Dövlət Mükafatı ilə təltif edilib.

Akademik Bəkir Nəbiyev 2012-ci il martın 15-də Bakıda vəfat edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə partiyasının lideri: Azərbaycanin müstəqilliyi bütün Türk dünyasının qürur mənbəyidir

Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar

Türkiyəli rəsmilər Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbriklərini çatdırıblar

Almaniyada fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun üzvləri yerli turnirdə uğurla çıxış ediblər

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb

Türkiyə Prezidenti Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib

“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub

Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Mehmet Emir Aksoy: Azərbaycan Qafqazın parlayan ulduzu və milli iradənin rəmzidir

Gürcüstan DİN külli miqdarda narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalının qarşısını alıb

Qobustanda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib