Akademik Rafael Hüseynovun məqaləsi Rusiyanın “Turizm və mədəniyyət sənayesi” jurnalında dərc olunub
Bakı, 28 aprel, AZƏRTAC
Sankt-Peterburqda nəşr edilən “Turizm və mədəniyyət sənayesi” jurnalının 2025-ci il yaz buraxılışında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun böyük rus şairi Sergey Yeseninə həsr etdiyi "Ölümdən güclü" adlı məqaləsi dərc olunub.
Muzeydən AZƏRTAC-a bildirilib ki, Sergey Yeseninin anadan olmasının 130 illiyi münasibətilə qələmə alınmış məqalədə şairin həyat və yaradıcılığının “Bakı dövrü” ətraflı işıqlandırılıb.
Qeyd edək ki, 2000-ci ildən nəşr olunan “Turizm və mədəniyyət sənayesi” jurnalı ixtisaslaşmış nəşrdir və ildə iki dəfə çapdan çıxır. Jurnalın baş redaktoru Anatoli Kovalyovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]