“AKKORD” BAKI-RUSİYA FEDERASİYASI İLƏ DÖVLƏT SƏRHƏDİ AVTOMOBİL YOLUNA BETON DÖŞƏMƏYƏ BAŞLAMIŞDIR
“Akkord” Şirkətlər Qrupu Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yenidən qurulması layihəsində podratçı şirkət kimi iştirak edir. Bu layihədə onun əsas işi həmin yolun 16-134-cü kilometrinə beton örtük salmaqdan ibarətdir.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, mayın 20-də yola beton örtüyün salınması işlərinə start verilmişdir. Bu məqsədlə şirkətin 7 min işçi qüvvəsi və 3 minə yaxın xüsusi texnikası səfərbər edilmişdir. Betonlamada Almaniyadan gətirilən Wirtgen şirkətinin betonsalan maşınlarından istifadə edilir. Betonla təminat ərazidə inşa edilmiş 7 beton zavodu vasitəsilə həyata keçirilir. Zavodların altısı saatda 80-100, biri isə 240 kubmetr beton istehsal etmək gücündədir.
Qeyd edək ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun hər hərəkət zolağının eni 12 metr, beton örtüyünün ümumi qalınlığı 28 santimetr olacaqdır.
Ümumi uzunluğu 208 kilometr olan bu yol beynəlxalq əhəmiyyət daşıyır.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:40]
Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ
- 11.06.2026 [12:37]