ALBANİYA PREZİDENTİ NATO-YA DAXİL OLMAQ BARƏDƏ
Albaniya Prezidenti Alfred Moisiu NATO-nun sülhməramlı qüvvələrinin yerləşdiyi Durres bazasında bəyan etmişdir ki, ölkənin bu təşkilata daxil olması prosesi dönməzdir.
Bunu o, sülhməramlı zabitlərin əvəz olunması mərasimində bəyan etmişdir. Onun sözlərinə görə, Albaniya NATO-nun sülhməramlı qüvvələrinin bu ölkədə və Kosovoda roluna böyük əhəmiyyət verir. Sinxua agentliyinin verdiyi xəbərə görə, bu yaxınlarda parlament Albaniya silahlı qüvvələrinin hərbi strategiyasını və 2010-cu ilədək inkişaf istiqamətlərini təsdiq etmişdir. Silahlı qüvvələrdə islahatlardan və onların modernləşdirilməsindən məqsəd peşəkar ordu yaratmaqdır ki, o qarşısında duran konstitusion vəzifələri yerinə yetirə, regional və beynəlxalq sülhməramlı əməliyyatlarda və terrorizmlə mübarizədə iştirak edə bilsin və beləliklə də Albaniyanın NATO-ya daxil olmasından ötrü lazımi səviyyəyə çatsın.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]
Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir
- 05.06.2026 [14:48]
Kreml: Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb
- 05.06.2026 [14:01]
Ankara aeroportunda təyyarə salonunda yanğın baş verib
- 05.06.2026 [13:29]