Aleksandr Kalyagin “Qızıl qartal” mükafatına layiq görülüb
Bakı, 27 yanvar, AZƏRTAC
Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının sədri, Rusiyanın Xalq Artisti, teatr və kino aktyoru Aleksandr Kalyagin kinematoqrafa töhfəsinə görə “Qızıl qartal” mükafatına layiq görülüb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Mosfilm” kinostudiyasında keçirilən mərasimdə Aleksandr Kalyaginə mükafatı rejissor Svetlana Drujinina təqdim edib.
A.Kalyaginin kinoda debütü 1967-ci ildə “Nikolay Bauman” filmində epizodik rolla başlayıb. O, 1974-cü ildə “Yadlar içində doğma, doğmalar içində yad”, 1976-cı ildə “Məhəbbətin qulu” filminə və “Salam, mən sizin xalanızam!” kinokomediyasına çəkilib. Aktyoru geniş tamaşaçı kütləsinə tanıdan da bu komediya olub. İstedadlı aktyor 1979-cu ildə “Azərbaycanfilm” kinostudiyasında Rasim Ocaqovun “İstintaq” filmində Seyfi Qəniyev roluna çəkilib və Azərbaycan tamaşaçılarının da rəğbətini qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]