Aleksandr Sırski: Ukrayna Donetskdə 3-7 kilometr irəliləyib
Kiyev, 19 sentyabr, AZƏRTAC
Ukrayna ordusu Donetsk vilayətində Rusiya müdafiəsinə doğru 3-7 kilometr arasında irəliləyib. Dobropol istiqamətində əməliyyat zamanı ukraynalı müdafiəçilər yeddi yaşayış məntəqəsini azad edə bilib. Rusiya ordusu xeyli itki verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski Telegram səhifəsində məlumat yayıb.
"Yeddi yaşayış məntəqəsində nəzarət bərpa edilib, doqquzu düşmənin diversiya və kəşfiyyat qruplarından təmizlənib", - deyə Sırski əlavə edib.
Onun sözlərinə görə, əməliyyat zamanı ümumilikdə 160 kvadrat kilometr ərazi azad edilib, daha 171 kvadrat kilometr ərazi düşmən diversantlarından təmizlənib.
Sırski bildirib ki, bu müddət ərzində Rusiyanın 1322 hərbçisi həlak olub. Rusiya ordusu 817 ədəd silah və hərbi texnika itirib, o cümlədən12 tank, 37 zirehli döyüş maşını, 162 artilleriya sistemi, 5 yaylım atəşli reaktiv sistem məhv edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]