Ali təhsil müəssisələrinin inkişaf göstəriciləri beynəlxalq reytinqin tələblərinə uyğunlaşdırılacaq
Bakı, 17 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasında beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində tədris prosesi beynəlxalq təcrübə nəzərə alınmaqla təşkil olunacaq, əcnəbi professor-müəllim heyəti kurikulumların yenilənməsi işinə cəlb ediləcək. Bundan başqa, bu ali təhsil müəssisələrinin inkişaf göstəriciləri beynəlxalq reytinqin tələblərinə uyğunlaşdırılacaq.
AZƏRTAC xəbər verir ki, bu, Prezident İlham Əliyevin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda əks olunub.
Dövlət Proqramında beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə tədris proqramlarının xarici ali təhsil müəssisələrinin təcrübəsi əsasında hazırlanması nəzərdə tutulur.
İşin icrası Təhsil Nazirliyi və tabeliyində ali təhsil müəssisələri olan digər dövlət qurumlarına tapşırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [11:48]
Xınayaxdıdan “Henna Party”yə: rəqəmsal mühit mərasimlərimizi necə dəyişir?
- 08.06.2026 [11:37]
Azərbaycan təhsilinin ixrac modeli - UNEC-in Dərbənd filialı
- 08.06.2026 [10:40]
“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir
- 08.06.2026 [10:38]
DİM dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçənlərə müraciət edib
- 07.06.2026 [13:54]
DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib
- 07.06.2026 [13:10]
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb
- 07.06.2026 [23:50]
İran yenidən İsrailə hava zərbələri endirib
- 07.06.2026 [23:47]
Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib
- 07.06.2026 [23:18]
Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib
- 07.06.2026 [23:04]
Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal
- 07.06.2026 [21:49]
Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb
- 07.06.2026 [21:36]
Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib
- 07.06.2026 [21:29]
SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub
- 07.06.2026 [21:23]