Alimlər herpes virusunun sinir sisteminə necə daxil olmasını araşdırıblar
Bakı, 13 may, AZƏRTAC
Herpes virusu sinir sisteminə keçid üçün hüceyrə daxilində nəql sistemini zəbt edir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu “PNAS” jurnalında dərc olunan tədqiqat sübut edir.
Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, dünyada 3,7 milyard insan oral herpesin (“dodaqda soyuqdəymə”) əsas səbəbi olan 1-ci növ sadə herpes virusu ilə yoluxub. Sinir sisteminə keçməsi səbəbindən virusu sağaltmaq mümkün deyil.
Alimlər virusun sinir hüceyrələrində özünü necə aparmasını görməkdən ötrü yeni tədqiqatda mikroskopiyanın mürəkkəb üsulunu tətbiq ediblər. Onlar virusun müxtəlif molekulların nəqli üçün mikroborucuqlardan - hüceyrədaxili “rels”lərdən istifadə etdiyini aşkarlayıblar. Bu, virusa sinir hüceyrəsinin nüvəsinə, yəni onun yerləşdiyi DNT-yə (dezoksiribonuklein turşusu) çatmasına imkan verib. Alimlər mikroborucuqların dayandırılmasına cavabdeh olan molekulları aşkar ediblər. Onlara təsir laboratoriya eksperimentlərində virusun sinir sisteminə daxil olmasının qarşısını alıb. Əlavə tədqiqatlardan sonra bu kəşf herpesə qarşı yeni müalicədə əsas kimi götürülə bilər.
“Biz bu viruslara qarşı vaksinləri ona görə işləyib hazırlayırıq ki, herpes sinir sisteminə düşə bilməsin. Bundan ötrü virusa hansı mutasiyaların yeridilməsini bilirdik. Lakin əvvəllər bizdə bu mutasiyaların niyə bu dərəcədə effektli olmaları barədə tam mexanistik anlayış yox idi”, - deyə alimlər qeyd ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]