ALİMLƏR MDB ÖLKƏLƏRİNİN SƏRHƏDYANI PROBLEMLƏRİNİ MÜZAKİRƏ ETMİŞLƏR
Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyasının Krım Muxtar Respublikasının Simferopol və Aluşta şəhərlərində keçirilən elmi şuralarında coğrafiya alimlərinin iştirakı ilə “MDB ölkələrinin sərhədyanı problemləri” mövzusu ətraflı müzakirə olunmuşdur.
Tədbirdə ölkələrin sahil regionlarının ekoloji baxımdan birgə mühafizəsini təşkil etmək, sosial-iqtisadi inteqrasiya yollarını müəyyənləşdirmək və s. məsələlərə dair fikir mübadiləsi aparılmışdır. Müzakirələrdə su ehtiyatlarınin birgə səmərəli mühafizəsi, idarə edilməsi və istifadəsi məsələlərinə də xüsusi diqqət verilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvu, Həsən Əliyev adina Coğrafiya İnstitutunun direktor müavini Ramiz Məmmədovun “Xəzər dənizinin sərhədlərarası çirklənməsi” mövzusundakı məruzəsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]