Böyük Britaniyada 1 milyon gəncə meningit əleyhinə peyvənd təklif olunacaq
London, 12 iyun, AZƏRTAC
Böyük Britaniyada 1 milyon gəncə meningit B xəstəliyindən qorunmaq üçün peyvəndin vurulması nəzərdə tutulub.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu prosesə bu il Kent bölgəsində ölkədə indiyədək qeydə alınmış ən böyük və sürətlə yayılan meningit B epidemiyasından sonra start verilib. Yeni proqram çərçivəsində İngiltərə və Uelsdə 18-25 yaşlı gənclərə ikidozalı peyvənd təklif ediləcək.
Səhiyyə rəsmilərinin sözlərinə görə, proqram xəstəliyə yoluxma riski ən yüksək olan qrupların qorunmasına kömək edəcək.
Qeyd edək ki, meningokok infeksiyası ağır və həyati təhlükə yaradan xəstəliklərə səbəb ola bilər. Bu ilin yanvarında Vusterşirdəki Kidderminster şəhərindən olan 18 yaşlı Aaron Mills meningitdən vəfat edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]