ALMANİYA ƏFQANISTANDAKI SÜLHMƏRAMLILARIN SAYINI ARTIRACAQDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almaniya Əfqanıstanda yerləşdirilmiş hərbi kontingentinin sayını cari ilin payızında daha 1000 nəfər artıraraq 4500 hərbçiyə çatdırmaq niyyətindədir. Bu məlumatı Almaniyanın federal müdafiə naziri Frans Yozef Yunq Berlində keçirdiyi mətbuat konfransında açıqlamışdır.
Nazir qeyd etmişdir ki, alman sülhməramlılarının bu ilin oktyabrında başa çatan mandatı Bundestaq tərəfindən bir il müddətinə deyil, 14 ay - 2009-cu ilin sonunadək artırılacaqdır. Alman sülhməramlıları vəzifə borclarını, indiyədək olduğu kimi, Şimali Əfqanıstan ərazilərində yerinə yetirəcəklər.
F.Y.Yunq hərbçilərin sayının artırılmasını alman sülhməramlılarının xidmət etdiyi bölgədə təhlükəsizliyin gücləndirilməsinə və İSAF-ın (Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) fəaliyyətinə dəstək məqsədi daşıdığını bildirmişdir. Eyni zamanda vurğulanmışdır ki, kontingentin artırılması NATO-nun Buxarest zirvə toplantısı və Parisdə Əfqanıstana dair keçirilmiş konfransın qarşıya qoyduğu məqsədlərin reallaşmasına öz töhfəsini verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]